Boqota şəhərində nəqliyyat

Boqota şəhəri  Cənubi Amerikada yerləşən Kolumbiyanın paytaxtıdır. Kolumbiya o qədər də varlı dövlət deyil və adam başına düşən ÜDM-yə (PPP) görə Azərbaycanla demək olar eyni səviyyədədir. Boqota şəhərinin əhalisi  8 milyona bərabərdir, sahəsi isə Bakının inzibati ərazisindən daha kiçikdir.
Boqotanın böyük problemləri var, bu əsasən yoxsulluq,  gecəqondu evlər, infrastrukturunun aşağı səviyyəsidir. Boqota dünyanın ən tıxaclı şəhərlərindən biridir, lakin bu şəhər tıxaclarla özünəməxsus şəkildə mübarizə aparır. 1997-ci ildə  Enrike Penyalosa Boqota şəhərinin meri seçilir və bu hadisədən sonra şəhərdə sürətli dəyişikliklər baş verməyə başladı.
Enrike Penyalosanın məşhur sitatları:
“Qabaqcıl şəhərlərin geridəqalmış şəhərlərdən fərqli edən metropoliten və yollar deyil, keyfiyyətli piyada səkiləridir”.
“Tıxaclarla mübarizənin yeganə üsulu- avtomobil istifadəsinin məhdudlaşdırılmasıdır.  avtomobil istifadəsinin məhdudlaşdırılmasının həll yolu isə parkinqin məhdudlaşdırılmasıdır”.
“Avtomagistralları olan şəhəri sivil adlandırmaq düzgün deyil, lakin əgər şəhərdə uşaq velosipedlə hər yerdə təhlükəsiz və rahat hərəkət edə bilirsə belə şəhəri sivil adlandırmaq olar”.
Boqota şəhərinin nəqliyyat sisteminə nəzər salaq. Boqotanın əsas ictimai nəqliyyat növü BRT sistemidir. BRT-Bus Rapid Transit deməkdir, Türkiyədə bu sistemə Metrobus deyilir. Sistem mümkün qədər iritutimlu avtobuslar üzərində qurulur, onların yolu isə digər nəqliyyat vasitələrindən fiziki olaraq tam ayrılır. Ödəniş adətən dayanacaqlarda turniketlər vasitəsi ilə baş verir.
Bəli şəhərin metro  və ya tramvay tikintisi üçün vəsaiti yoxdur, bu səbəbdən tam ayrılmış yollarla hərəkət edən  sürətli avtobus seçilmişdir. Hazırda Boqota dünyada ən böyük BRT sisteminə malikdir.
Şəhərin mərkəzində küçələr avtomobillər üçün bağlıdır, burada yüksən tutumlu BRT avtobusları hərəkət edir.

Xüsusi diqqət velosipedçilərə ayrılıb. Şəhərin geniş velosiped yolu şəbəkəsi var.

 

Bakıda bu cür pandusu görməyəcəksiniz
Sürətli magistral yol üzərindən keçid üçün bu cür piyada keçidi təşkil edilib, pilləsiz, rahat və əlçatan.

 

 

Kasıb məhəllələr təxminən bu cür yenidənqurulur.
Yazı ilə bağlı rəy bildirin:
Huseyn Abdullayev

Recent Posts

Möhtəşəm tarix, əzəmətli binalar və zəif nəqliyyat – Gəncədə bir gün

Gəncə - ərazisinə görə Azərbaycanın ikinci şəhəridir. Bir müddət ölkənin paytaxtı da olub. Gəncədə çoxlu…

2 həftə ago

Bakıya oxşar şəhər bizi necə qabaqladı? Bratislavada gəzinti

Keçmişdə tipik sosialistik bir şəhər olan Bratislava bu gün sürətlə Avropanın müasir urbanistik həllərini tətbiq…

1 ay ago

Qarabağ şəhərlərini bu cür bərpa edək? Vyananın yeni rayonları

Vyanada olarklən, bu şəhərin yeni yaşayış massivləri haqqında da vloq hazırladım. Əsas məqsəd - buranı…

1 ay ago

Urbanistik islahatlar başladı: Mərkəzi küçələr necə dəyişəcək?

İlin əvvəlində Bakıda başlayan urbanistik islahatlar davam edir. Əvvəl velosiped yolları, daha sonra tarixi mərkəzi…

1 ay ago

Bakını belə etmək istəyirlər – Vyana şəhərində gəzinti

🇦🇹 Vyana müxtəlif reytinqlərdə ardıcıl olaraq dünyanən ən yaşamalı şəhəri adlandırılmışdır. Elə Bakının da baş…

2 ay ago

Gözəl və insan yönümlü şəhər necə olur? Praqada bir gün

Əgər insan yönümlü şəhərlərdən danışırıqsa, bu şəhərdən vloq mütləq olmalı idi. Çexiyanın paytaxtı Praqada dünyanın…

2 ay ago

This website uses cookies.