Şəhər küçələrinin növləri

Keçən yazıdaşəhərlərin yolları haqqında bəhs etmişdim, bu dəfə isə küçələrdən danışmaq istərdim. Şəhərlərin küçə şəbəkəsi qan-damar sistemidir və qan-damar sistemində olduğu kimi küçələrin fərqli funksiyaları var. Bəzi küçə növlərinin daha çox nəqliyyat funksiyaları var, bəzilərinin isə daha az. Bu yazıda həmdə küçələrin mümkün transformasiyasını bir qədər nümayiş etmək istərdim. Bu məqalədə küçə transformasiyalarının məntiqi və əsasları haqqında geniş şəkildə yazmışdım.
Əsas magistral (arterial) prospektlər
Əsas prospektlər şəhərin müxtəlif rayonlarını birləşdirən küçələrdir. Bu tip küçələrin çox vacib nəqliyyat funksiyası var: həm ictimai nəqliyyat həm avtomobillərin intensiv hərəkəti baxımından. Bakı şəhərinin bir neçə əsas prospekti var və problem ondan ibarətdir ki, onların avtomobil buraxılışı funksiyası xüsusi ilə qabardılır.

Məsələn bu görünüşdə olan Heydər Əliyev prospekti:

 

 

Hazırda belədir:

Babək prospekti:
Nobel prospekti:
Beləliklə əsas prospektlərə daha çox sürətli yox xüsusiyyəti verilir və ya ən azından buna cəhd edilir. Bu isə yanlış həll yoludur.
Bəs müasir yanaşma nə deyir? Müasir yanaşma deyir ki, belə bir geniş prospektdə ictimai nəqliyyat üçün daha əlverişli şərait yaratmaq olar.
Əvvəl:
Sonra:
Daha dar prospektdə belə etmək olar. Əvvəl:
Sonra:

 

Şəhər əhəmiyyətli iri küçələr
Bu küçələrin də ( bəzən isə onları adı prospektdir) çox vacib nəqliyyat funksiyaları var, lakin əsas prospektlərdən fərqli olaraq burada piyada və biznes aktivliyi daha  aktiv olur. Bakı şəhərində bu tip küçələr həm birtərəfli həm də iki tərəfli olur. Avtomobillərin sürəti belə küçələrdə 50 km/s-dan çox ola bilməz.
Məsələn İnşaatçılar prospekti:
Və ya Üzeyir Haçıbəyov küçəsi:
Azadlıq prospekti:
Hüseyn Cavid prospekti:
Təəssüf ki, belə küçələrdə də piyadaların, velosipedçilərin və ictimai nəqliyyatın maraqları ikinci plandadır. Digər problem odur ki,  Bakı şəhərində kifayət qədər iri birtərəfli küçələr var, daha ətraflı burada
Müasir yanaşmada küçələr belə qurulur. Bir tərəfli küçələr belə halda olduqda:

Bu cür yenidənqurulur:

İkitərəfli küçə əvvəl:

 

Və sonra:

 

Lokal küçələr
Lokal küçələrdə hərəkətin təşkilində tam prioritet piyadalara və velosipedçilərə verilməlidir. Avtomobillərin sürəti belə küçələrdə 30 km/s-dan çox ola bilməz.
Məsələn belə:

Və ya belə:

 

Ortaq küçələr
Təəssüf ki, Bakıda ortaq küçələr yoxdur. Ortaq küçədə piyada səkisi olmur bütün yol ortaqdır. Avtomobillərin sürəti belə küçələrdə 10-15 km/s-dan çox ola bilməz. Bunun üçün xüsusi nişan da var:

 

 

 

Ortaq küçə ola biləcək küçə şəhərin mərkəzində çoxdur, lakin onlar hazırda xaotik parkinq üçün istifadə olunur:

 

 

Ortaq küçə nümunəsi:

Və ya belə:

 

Tam piyada küçəsi

 

Bakı şəhərində belə küçələr var və hamı onları tanıyır: Nizami küçəsinin bir hissəsi (Torqovaya), Nigar Rəfibəyli və Rəsul Rza  küçələrinin bir hissəsi, Fəvvarələr meydanı və Məmmədəmin Rəsulzadə küçəsi. Şəhərin bəlkə də ən aktiv küçələridir.
Yazı ilə bağlı rəy bildirin:
Huseyn Abdullayev

Recent Posts

Sürətlə yenilənən Bakı — COP29 şəhəri necə dəyişəcək?

Bu gün Bakıda heç vaxt görmədiyimiz miqyasda urbanistik islahatlar baş verir. Velozolaqlar salınır, küçələr piyadalaşdırılır,…

4 ay ago

Yeni zolaqlar, yeni cərimələr – velosiped yolları üçün planlar nədir?

Bakıda velosiped zolaqlarını təşkil etməyə davam edirlər. Bu zolaqlar hara qədər uzanacaq, hansı küçələri əhatə…

5 ay ago

Yaşıllıq və ağaclarla dolu tarixi şəhər – Sofiyada gəzinti

Zəngin tarixə malik Bolqarıstan paytaxtı Sofiya şəhərini gəzdim. Baxmayaraq ki, rəsmi rəqəmlərə görə Avropa Birliyinin…

5 ay ago

Cavanşir körpüsü söküldü – bu ərazi necə dəyişəcək?

Cavanşir körpüsü tarixə qovuşdu. Bəs bu ərazidə hansı yeni layihə daha uyğun olar? Bu haqda…

6 ay ago

Velosiped zolaqları var, amma səki yoxdur – Qusarda bir gün

Azərbaycanın şimal qapısı Qusar rayonu coğrafi olaraq Avropada yerləşir. Maraqlıdır ki, burada velosiped zolaqlarının salınmasın…

6 ay ago

Boz maqistraldan insan yönümlü küçəyə – “8 noyabr” necə dəyişəcək?

8 noyabr prospektində hazırda aktiv yenidənqurma işləri aparılır. Deyilənə görə, bura maqistral tipli prospektdən daha…

7 ay ago

This website uses cookies.