Categories: İctimai nəqliyyat

Avtovağzalda nəqliyyat qovşağı necə olacaq. Qısa təhlil

 

Bir müddət bundan əvvəl Dövlət Avtomobil Nəqliyyat Xidməti Avtotovağzal ərazisində inşa edilən nəqliyyat qovşağı haqqında məlumat yaydı. Planlarla bu videoda tanış olmaq olar:
Avtovağzalda hazırda olan vəziyyət haqqında bu məqalədə yazmışdım.
Avtovağzalda Kompleksində nə tikilir?
Avtovağzal Bakı şəhəri üçün nəqliyyat baxımından çox vacib yerdir. Burada şəhərin yeganə avtobus stansiyasıdır (vağzalıdır), bu stansiyadan həm beynəlxalq həm də ölkədaxili avtobus marşrutları yola çıxır.
Bundan əlavə burada Bakı metrosunun bənövşəyi xəttinin son stansiyası yerləşir və 10 şəhərətrafı və 8 şəhərdaxili avtobus marşrutunun son dayacağıdır, bir neçə yerli marşrut üçün isə bura aralıq dayacaqdır. Yəni şəhər ətrafından, Abşeron rayonunda yerləşən kənd və qəsəbələrindən, həmçinin Sumqayıt şəhərindən Bakıya gələn sərnişinlər məhz burada nəqliyyat mübadiləsi (metro və avtobuslarla) edib Bakı şəhərinin mərkəzi hissəsinə gedirlər. Bu səbəbdən Avtovağzal ərazisində nəqliyyatın mübadilə mərkəzinin və ya nəqliyyat qovşağının təşkil edilməsi olduqca vacibdir.
Yeni qovşaq burada tikiləcək. Gördüyünüz kimi, hazırda avtobuslar metro stansiyasının əsas girişinə (piramidaya) yaxın ərazidə dayanırlar.
Yeri gəlmişkən burada nəqliyyatın mübadilə mərkəzinin tikintisi planı daha əvvəl də var idi.

İndi isə planlardırma bir qədər dəyişdi və belə olacaq.
Bu məkanda şəhərdaxili və şəhərətrafı avtobusalar (perronlar), taksilər, şəhərlərarası qeyri-müntəzəm avtobuslar və mikroavtobuslar olacaq, bundan əlavə isə, burada avtobusların parklanması üçün geniş yer ayrılacaq.
İndi isə bu layihəni bir qədər təhlil etməyə çalışacam:
Müsbət tərəfləri:
  • Ərazi kifayət qədər genişdir və avtovağzal kompleksinə yaxındır
  • Taksilər üçün və reysləri gözləyən avtobuslar üçün nəhayyət ki,  ayrıca yer ayrılır
  • Nəzəriyyədə bu məkan piyadalar üçün təhlükəsiz olacaq
  • Məkanın girişi və çıxışı ayrıdır

Mənfi tərəfləri:
  • Bu məkan metro stansiyasının perronundan kifayyət qədər uzaq yerləşir, sərniçindlər yerin altından təxminən 400-450 mert məsafə qət etməli olacaqlar. Düzdür yeraltı keçiddə travalatorlar var, amma yenə də məsafə çox böyükdür.
  • Şəhərətrafı, şəhərdaxili və ölkədaxili avtobuslar eyni məkana gətirilir
  • Sumqayıt avtobusları digər şəhərətrafı avtobuslarda ayrılır. Şəhər ətrafından, Abşeron rayonunda yerləşən kənd və qəsəbələrindən gələn avtobuslar isə şəhərdaxili marşrutlarla eyni perronları bölüşürlər.
  • Avtovağzal bəzi marşrutlar üçün aralıq dayanacaqdır. Onlar buradan necə istifadə edəcəkləri məlum deyil.

Qərar verən şəxs mən olsaydım nə edərdim?
  • Birinci növbədə şəhərdaxili və şəhərətrafı (Sumqayıt avtobusları daxil) metro stansiyasının əsa girişi ətrafında saxlayardım. Təbii ki, oranı çox fərqli qurmaq larımdır. Şəhər ətrafından Bakıya gələn sərnişinlər rahatlıqla nəqliyyat mübadiləsi etməlidirlər. Metronun bənövşəi xətti tikililməkdə davam edir, buna görə avtobus və metronun əlaqəsi çox güclü olmalıdır.

     

  • Nəqliyyat qovşağının tikildiyi yer dayanacaqlar, taksilər və qeyri-müntəzəm ölkədaxili  daşımalar üçün çox uğurlu yerdir, amma Bakı və Bakıətrafı ictimai nəqliyyat orada olmamalıdır.
  • Şəhərdaxili və şəhərətrafı (Sumqayıt avtobusları daxil) marşrutların dayanacaqları və ya perronları yaxın, lakin fərqli məkanlarda olmalıdırlar.  Misal üçün Budapeştdə çəkdiyim böyük nəqliyyat qövşağı Kelenföld dəmir yolu stansiyası: Burada dəmir yolu stansiyası ilə yanaşı metro stansiyası, iki tramvay xətti, şəhərdaxili avtobuslar, şəhərətrafı avtobuslar və Park and Ride (avtomobil parkinqi) var. Bu şəhərətrafı avtobuslarının perronudur.

     

Bu isə şəhərdaxili avtobusların son dayanacağıdır.

 

  • Onu da deyim ki, Sumqayıt avtobusları və məsələn Hökməliyə avtobuları mahiyətcə şəhərətrafı marşrutlardır, onları bir birində ayırmaq lazım deyil.  Yəni Sumqayıt avtobuslarına şəhərlər arası nəqliyyat kimi baxmaq səhvdir, çünki Sumqayıt və Bakı vahid aqlomerasiya təşkil edir.

Yazı ilə bağlı rəy bildirin:
Huseyn Abdullayev

Recent Posts

Sürətlə yenilənən Bakı — COP29 şəhəri necə dəyişəcək?

Bu gün Bakıda heç vaxt görmədiyimiz miqyasda urbanistik islahatlar baş verir. Velozolaqlar salınır, küçələr piyadalaşdırılır,…

4 ay ago

Yeni zolaqlar, yeni cərimələr – velosiped yolları üçün planlar nədir?

Bakıda velosiped zolaqlarını təşkil etməyə davam edirlər. Bu zolaqlar hara qədər uzanacaq, hansı küçələri əhatə…

5 ay ago

Yaşıllıq və ağaclarla dolu tarixi şəhər – Sofiyada gəzinti

Zəngin tarixə malik Bolqarıstan paytaxtı Sofiya şəhərini gəzdim. Baxmayaraq ki, rəsmi rəqəmlərə görə Avropa Birliyinin…

5 ay ago

Cavanşir körpüsü söküldü – bu ərazi necə dəyişəcək?

Cavanşir körpüsü tarixə qovuşdu. Bəs bu ərazidə hansı yeni layihə daha uyğun olar? Bu haqda…

6 ay ago

Velosiped zolaqları var, amma səki yoxdur – Qusarda bir gün

Azərbaycanın şimal qapısı Qusar rayonu coğrafi olaraq Avropada yerləşir. Maraqlıdır ki, burada velosiped zolaqlarının salınmasın…

6 ay ago

Boz maqistraldan insan yönümlü küçəyə – “8 noyabr” necə dəyişəcək?

8 noyabr prospektində hazırda aktiv yenidənqurma işləri aparılır. Deyilənə görə, bura maqistral tipli prospektdən daha…

7 ay ago

This website uses cookies.