Küçələrin təhlili

Ağ Şəhərdə olan küçələrin tənqidi və təhlili

 

Ağ Şəhər bir müasir şəhərsalma baxımıdan olduqca maraqlı nümunədir. Bakı şəhərinin bir çox yeni tikililərdən fərqli olarara bura sıfırdan planlaşdırılmış bir ərazidir. Burada əmələ gələn küçələr də çox maraqlı alınıb, burada iki ən əsas mələlələr var: insan miqyası və sıx, qarışıq şəhərsalma.
Misal üçün bu küçəni götürək.
Əvvəl müsbətdən danışaq:
1. Burada ortamərtəbəli, kvartal tipli şəhərsalma var, kvartallarım uzunğu da optimaldır
2. Küçədə ağaclar var. Daha yaşlı ağaclar ola bilərdi, amma deyəsən xəsislik ediblər
3. Ciblərdə paralel parklanma
4. Baryersiz mühit var
İndi isə bu küçələrin salınmasında və yol hərəkətinin təşkilində yol verilmiş səhvlərdən danışacam. Nəzərə alın ki, tənqid məhz küçə layihələndirməsinin müasir yanaşmalarını əsas götürəcəm. Təbii ki, Bakının başqa küçələri ilə müqaisə etsək, hər şey heç də pis deyil.
1.   Bu növ kvartaldaxili yaşayış küçələrində sürət məhdudiyyatı 30-40 km/s olmalıdır və buna nail olmaq üçün Nəqliyyat axınının sakitləşdirilməsi üçün təbbirlər görülməlidir, məsələn: qaldırımış yol kəsişməsi

 

Və ya qaldırılmış pidaya keçidi.

 

Belə küçələrdə sürət düzgün seçilsə, heç velosiped zolaqlarına da ehtiyac qalmaz.
2. Başa düşdüyüm kimi burada hərəkət zolaqların eni standart 3.5-3.75 metrdir. Bu isə çoxdur, zolaqların eni 3 mert olmalıdır.

 

3. П-vari piyada keçidləri.
Təbii ki bu yol verilməzdir və belə olmamalıdır, bu ancaq qayda pozuntularının sayını artırır.
Bunadan əlavə əgər burada nizamlanmayan piyda keçidi qoyulurda mütləq təhlükəzilik adası olmalıdır.
4. Piyada keçidləri hər kəsişmədə və birləşmədə olmalıdır. Piyada keçidlər piyadalara lazım olan yerlərdə olmasa, piyadalar qaydaları daim pozacaqlar, məmurlar isə “mədəniyyətdən” danışmağa əlavə səbəb tapacaqlar.
5. Çox maraqlıdır ki, bir çox yerlərdə sol döngə qadağandır, səbəbi məlum deyil. Yaşayış küçələrində belə olmamalıdır.

 

6. Parknlanma cibləri həddindən artıq geniş tikilib, buraya 1.5 maşın yerləşər.

 

7. Çox maqaqlı və qəribə parklanma nişanı
           Nişan səkidə parklanmaya çağırır.
8. Yenə nəhəng dairələr və yeraltı keçidlər.

 

         
           Azəravtoyol hətta gözəl planlaşdırılmış küçələri korlaya bilər. Dairə belə olar.

 

 

Yazı ilə bağlı rəy bildirin:
Huseyn Abdullayev

Recent Posts

Möhtəşəm tarix, əzəmətli binalar və zəif nəqliyyat – Gəncədə bir gün

Gəncə - ərazisinə görə Azərbaycanın ikinci şəhəridir. Bir müddət ölkənin paytaxtı da olub. Gəncədə çoxlu…

2 həftə ago

Bakıya oxşar şəhər bizi necə qabaqladı? Bratislavada gəzinti

Keçmişdə tipik sosialistik bir şəhər olan Bratislava bu gün sürətlə Avropanın müasir urbanistik həllərini tətbiq…

4 həftə ago

Qarabağ şəhərlərini bu cür bərpa edək? Vyananın yeni rayonları

Vyanada olarklən, bu şəhərin yeni yaşayış massivləri haqqında da vloq hazırladım. Əsas məqsəd - buranı…

1 ay ago

Urbanistik islahatlar başladı: Mərkəzi küçələr necə dəyişəcək?

İlin əvvəlində Bakıda başlayan urbanistik islahatlar davam edir. Əvvəl velosiped yolları, daha sonra tarixi mərkəzi…

1 ay ago

Bakını belə etmək istəyirlər – Vyana şəhərində gəzinti

🇦🇹 Vyana müxtəlif reytinqlərdə ardıcıl olaraq dünyanən ən yaşamalı şəhəri adlandırılmışdır. Elə Bakının da baş…

2 ay ago

Gözəl və insan yönümlü şəhər necə olur? Praqada bir gün

Əgər insan yönümlü şəhərlərdən danışırıqsa, bu şəhərdən vloq mütləq olmalı idi. Çexiyanın paytaxtı Praqada dünyanın…

2 ay ago

This website uses cookies.