Bildiyiniz kimi, Bakı şəhərində avtomobillərin parklanması ilə əlaqədar böyük problemlər yaşanmaqdadır. Bu ilk öncə adarəçilik problemidir. Bakı Şəhər İcra Hakimiyyəti Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinin (XTAİ) tam yararsız idarəçiliiy nəticəsində vəziyyət yaxşılaşmaq əvəzinə daha da pisləşib. Bu qurum şəhərdə ödənişli parklama tətbiq etsə də, yol verdiyi kobut səhvlər və bir çox halda qaydasızlıq nəticəsində bu yaxşı ideya tam olaraq diskreditasiya olundu. Bu haqqda REAL TV-nin yaxşı bir araşdırması var.
Xatılatmaq lazımdır ki, parklanma siyasəti şəhərin nəqliyyatı üçün olduq vacib məsələdir, çünki məhz parklanmanın idarə edilməsinin nəqliyyat axınını əhəmiyyətli dərəcədə təsir edir. Bu haqqda geniş məqaləmi və təlkiflərimi oxuya bilərsiniz. Şəhərlərdə düzgün və səmərəli parklanma işinin qurulması asan iş deyil, bundan əlavə isə çox hassasdır, çünki bu insanların gündəlik nəqliyyat davranışına əhəmiyyətli dərəcədə təsir edir. Qeyd edim ki, şəhər parklamasının idarə edilməsində iki əsas məsələ var:
- Parklanmanın təşkili, yəni nə qədər yerlərin ayrılması, qiymət siyasəti, məlumatlandırma və sair
- Nəzarət mexanizmləri, yəni dayanma-durma qaydalarının pozulması hallarının azaldılması, təmbehlərin tətbiq edilməsi və lazım gələrsə təxliyyəsi
Bu yaxına kimi təşkil və nəzarət fərqli qurumlar tərəfində aparılması üçün bu sahədə ciddi problemlər və şəhərin bir çox yerində xaos yaşanırdı.
Amma son zamanlarda vəziyyət dəyişməyə başladı və bu dəyişikliklər institusional xarakter daşıyır.
- İlk oradaq Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 2 aprel tarixli Fərmanına uyğun olaraq Bakı şəhərində bütün küçə parklanma yerlərinin idarə ediləməsi XTAİ-dən Bakı Nəqliyyat Agenliyinə verildi (imzanma tarixindən 3 ay müddətində). Lakin nəzarət mexanizmləri Yol Polisində və küçədənkanar parkinqlərinin təşkili və idarəsi isə İcra Hakimiyyətinin kurasiyasında qalmışdı.
- Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 İyul tarixli fərmanına uyğun olaraq isə Bakı Nəqliyyat Agenliyinə parklanma yerlərində, habelə dayanma və durmanın qadağan edildiyi yerlərdə inzibati xəta törədilməsinə görə elektron protokolların tərtib edilməsi səhahiyyəti verildi. Bundan əlavə isə BNA qayda pozmuş və tıxaclara səbəb olan nəqliyyat vasitələrini təxliyyə(evakuasiya) etmək haqqı da var. Eyni zamanda İcra Hakimiyyətinə məxsus yeraltı qarajlar (Qiş parkı və Azadlıq meydanı) BNA-ya verilməlidir. BNA həmiçinin yeni yeraltı və yerüstü avtomobil qarajlarının tikintisi və istismarı məsələləri ilə məşğul olacaq.
Bu salahiyyətlər verilməklə BNA Bakı şəhərində tam olaraq parklama siyasətini həyata keçirə biləcək çünki bütün mexanizmlərə malikdir.
Ödənişli parklanmadan daxil olan vəsaitdən istifadə məsələsi də çox vacibdir. Dünya təcrübəsində bu vəsaitlər ictimai nəqliyat üçün subsidiyalar ayrılır, yəni avtomobil istifadiçiləri dalayısı ilə ictimai nəqliyyatı maliyyələşdirirlər.
Subsidiyalarhaqqında burada yazmışam. Daha bir mühim məsələrə tarif mexanizləridir: Qiymətqoyma prinsipləri olduqca çevik olmalıdır və parkinqə tələbat artdıqca qiymətlər artmalıdır. Küçə parkinqinin qiymətləri yeraltı və yerüstü dayanacaqların qiymətlərindən bir qədər yüksək olmalıdır. Əgər qiymətlər Tarif Şurası tərəfində müəyyn edilsə parlanma tariflərindən nizamlayıcı mexanizm kimi istifadəsi məhdud olacaq.