İsveçdə yaradılmış Vision Zero proqramının (sıfır ölüm) bir cümlə ilə təsvir etmək olar: yol-nəqliyyat hadisələri nəticəsində heç kim ölməməlidir. Tədricə bu ideya digər ölkələrə də yayılır, halbuki problemlər də yaşanır. Yol hərəkətinin təhlükəsizliyi məsələlərini müzakirə edərkən çox zaman hadisə qurbanlarını ittiham edirlər, işıqqaytarıcı jiletlərdən istifadə etməyi, yolu keçərkən telefondan istifadə etməməyi tövsiyyə edirlər.
2016-cı ildə Toronto şəhərinin meri tam ciddiliklə bəyan edib ki, bütün problemlər piyadaların telefonlardan istifadə etdiyi, qulaqcıqlarla musiqi dinləmələri və harda gəldi yolu keçmələri nəticəsində yaranır. Bununla belə, bu şəhərin rəhbərliyi formal olaraq Vision Zero prinsiplərini tədbiq etmələrini bəyan edirdilər.
Umumiyyətlə məmurlar yol-nəqliyyat hadisələri nəticəsində ölümlərinin azaldıması haqqında çox danışırlar, lakin çox zaman buna necə nail olmaq haqqında geniş biliklərə malik deyillər. Çox zaman onlar bir şeyi nəzərdən qaçırırlar – dizayn (küçələrin layihələndirilməsi) olduqca vacibdir. Bu həqiqəti bir çox Avropa şəhərlərində dərk ediblər, Hollandiyada isə bu prinsipdən artıq bir neçə onilliklər ərzində istifadə edirlər. Hələ 1980-cı illərdə Hollandiyanın Utrext şəhərinin polisi aşkar etdi ki, təhlükəli yol-nəqliyyat hadisələrinin azaldılması yönəlmiş təbbirlər işləmir və belə gənayətə gəliblər: “əgər qaydalar işləmirsə, deməli onları dəyişmək lazımdır”. Əgər sürücülər daim sürət həddini aşırlarsa, problem sürücülərdə deyil, problem küçənin quruluşundadır. O zamanlar Niderland qazetləri yazırdı: “Qayda pozan sürücüləri cərimələməkdən öncə, biz onların nə qədər çox olduğu haqqında anlayışa gəlməliyik. Əgər onlar çoxluq təşkil edirlərsə, cərimələr kömək etməyəcək, deməli belə eləmək lazıçdır ki, sürət məhdudiyyətini aşmaq mümkünsüz olsun”
İsveçdə icad olunmuş Vision Zero həmin bu prinsiplərin üzərində qurulub və onun icrası olümlə nəticələm yol-nəqliyyat hadisələrinə qarşı yeni yanaşma tələb edir. Etiraf etmək lazımdır ki, heç bir insan mükəmməl deyil və heç bir formal qayda və cərimələr bunu dəyişməyəcək.
Nyu-York şəhərində Vision Zero proqramına dəstək aksiyası. Məmbə: vaccaroandwhite.com
Yeni prinsipləri hələ də qəbul etməyən Şimali Amerika, Russiya, MDB və digər ölkələrin şəhərlərinin nəqliyyat sistemlərində ölümcül təhlükə var. Bizim küçələr elə layihələdirilib ki, sürücülər idarə edə bilməyəcəkləri ifrat riskə gedirlər. Biz isə səbəb və nəticəni fərqləndirə bilmirik və bir çox halda hadisə qurbanlarını ittiham edirik. Biz həqiqi təhlükələri nəzərə almırıq və diqqətimizi qulaqcıqlarda, siqaret çəkmədəş, sərnişinlərdə və sairdə cəmləyirik. Biz səhv etməyə davam edirik- insan faktory həmişə mövcuddur, ilin 365 günü. Səmərəni nəqliyyat sistemi bunu nəzərə almalıdır.
İsveçin statistik göstəriciləri bu yanaşmanın düzgün olmasını təsdiq edir: göy xətt avtomobil səyahətlərinin dinamikasını, sarı xətt isə yol-nəqliyyat hadisələrin qurbanlarını göstərir. Məmbə: visionzeroinitiative.com
Nyu-York şəhəri Vision Zero prinsiplərini ciddi qəbul edən şəhərlərdən biridir. Bununla belə orada ancaq təhlükəsiz küçə infrastrukturunun qurulması ilə məhdudlaşmırlar, onlar nəzərə alırlar ki, bəzi adamların nümayişkar şəkildə pis davranırlar. Misal üçün, onlar qəstən sürət həddini aşırlar və döndükləri yerə baxmırlar. Adətən belə hallarda sürək həddini aşağı salmaq və cərimələri çoxaltmaq təklif olunur. Buna baxmayaraq belə tədbirlər bir çox halda səmərəsiz olur, cünki inzinbati tədbirlər yaxşı və təhklükəsiz infrastrukturu əvəz edə bilmir. Misal üçün əgər hər hansı bir yolda sürət məhdudiyyəti 60 km/s-dırsa, amma həmin küçə maqistral yol kimi layihələdirilib, əksər sürücülər sürət həddini aşmağa meyl edəcəklər.
«Yol hərəkəti qaydalarına əməl edin». Nyu-York. Məmbə: theepochtimes.com
Nyu-yorkda bu prinsipləri anlayırlar, buna görə də küçələri bütün iştirakçılar üçün bərabər şəkildə rahat təşkil edirlər. Misal üçün piyada yolu keçmək üçün bir kilometerə yaxın məsafəni qət etməli olmur, çünki piyada keçidlər məhz onlara ehtiyac olan yerlərdə yerləşdirilir. Planlaşdırıcılar piyada, velosipedçi və avtomobil axınlarını ayırmağa çalışırlar. Küçələrdə məhdud mobilli insanlar üçün təhlükəsizlik adaları inşa olunur.
Vision Zero çox kompleksli yanaşma tələb edir. Əgər kimsə desə ki, bu məqalədə insanların yolun ortasında sms yazmaq hüququ qorunur, bu belə deyil, sadəcə inslanların axmaq hərəkətlərinə qarşı qanun acizdir. İnsanlar yolun ortasında və ya sükan arxsında sms yazırlar və bu daim baş verir. Eyni məntiqlə şəhərdə piyada gəzmək, yaşlı insanlara küçəyə çıxmaq və telefona daim baxan yeniyetmələri qadağan etmək lazımdır, qeyd edək ki, Kanadada yol-nəqliyyat hadisələrinin 65%-i məhz belə yeniyetmələrinin iştikaki ilə olur. Bu tam olaraq yol hərəkətinin indiki təşkilinə uyğun gəlir, çünki system sürücülərin mənzil başına 3 dəqiqə tez çatmasına yönəlib. Bunun yerinə system mənzil başına hamının sağ-salamat çatması hədəfləməlidir.