Prinsip 1: Sıx və insan miqyasına uyğun şəhərsalma

Gəlin şəhərsalmanın və nəqliyyatın əlaqəsinə nəzər yetirək. Bu iki amil bir birindən çox asılıdır. 
Dayanıqlı Şəhər nəqliyyatının birinci prinsipinə baxaq. Bu prinsip deyir ki, şəhərsalma sıx və insan miqyasına uyğun olmalıdır.
Çox adam Bakı şəhərininin  nəqliyyat problemlərini şəhərdə son illərdə çoxmərtəbəli binaların tikintisi ilə əlaqələndirir. Amma bu faktorun şəhərin ümümi nəqliyyatına çox az effekti var. Birinci effekt həyətyanı sahələrdə parkinqlərin az olmasıdır ki, bu da yaşayış binaların ətrafında xaotik parklanmaya səbəb olur. Həyətyanı sahələrdə xaotik parkinqin  ümumi nəqliyyat axınına və tıxaclara təsiri çox kiçikdir və daha çox yaşayış keyfiyyətinə təsir edir. Digəri problem isə sırf memarlıq estetikası(yəni binaların eybəcərliyi), insan komfortu və miqyası ilə əlaqəlidir. Yəni çoxmərtəbəli binaların tikintisi yenə də yaşayış keyfiyyəti ilə əlaqəlidir.
Bakı şəhərinin əsl problemi isə onun kənd və qəsəbələrin ifrat böyüməsi ilə əlaqəlidir. Bakı şəhərinin inzibati ərazisi 2,188 kvadrat kilometr təşkil edir.

 

Ancaq bu hələ hamısı deyil: Abşeron rayonunun əhəmiyyətli hissəsi və Sumqayıt şəhərinin ərazisi Bakı şəhəri ilə aqlomerasiya təşkil edir. Bu aqlomerasiyanın əhali sıxlığı çox müxtəlifdir. Əgər Bakı şəhərinin mərkəzi hissəsində əhali sıxlığı 1 kvadrat kilometrə 10 min sakinə yaxındırsa (bu isə Avropa şəhərlərinin sıxlığına yaxındır), aqlomerasiyanın digər hissələrində (Sumqayıt və Xırdalanı çıxmaqla) əhali sıxlığı on dəfədən çox (1 kvadrat kilometrə 600-700 ) azdır.
Az sıxlıqlı əraziləri keyfiyyətli ictimai nəqliyyatla təchiz etmək çox çətindir və belə ərazilər təbii olaraq individual mobillikdən (yəni şəxsi avtomobillərdən) asılı olur. Artıq bildiyimiz kimi Bakı şəhərinin küçə və yol şəbəkəsi kütləvi avtomobil istifadəsinə uyğun deyil və quruluşuna görə uyğun ola da bilməz. Hal-hazırda Bakı şəhərində nəqliyyat kollapsının qarşınını ancaq əhalinin nisbətən yoxsul olması və çoxluğun özünə şəxsi avtomobil almaq imkanında olmaması saxlayır. Ən əsası, şəhərlərin yoxsul təbəqəsinin şəxsi avtomaşın almağa imkanı çatmadığına görə, bu cür insanlar  təhlükəsiz və effektiv ictimai nəqliyyatdan məhrum olurlar.

Bu vəziyyətdə nə etməli?

İctimai nəqliyyatı, yəni şəhərətrafı dəmir yollarını və şəhərətrafı avtobus xidmətlərini mümkün qədər inkişaf etdirmək. Bakı ətrafında olan qəsəbələrdə nəqliyyat qovşaqları yaradılmalıdır. Belə qovşaqlarda dəmir yolu stansiyaları, Park&Ride  və avtobus terminalları olmalıdır.

 

Yazı ilə bağlı rəy bildirin:
Huseyn Abdullayev

Recent Posts

Möhtəşəm tarix, əzəmətli binalar və zəif nəqliyyat – Gəncədə bir gün

Gəncə - ərazisinə görə Azərbaycanın ikinci şəhəridir. Bir müddət ölkənin paytaxtı da olub. Gəncədə çoxlu…

2 həftə ago

Bakıya oxşar şəhər bizi necə qabaqladı? Bratislavada gəzinti

Keçmişdə tipik sosialistik bir şəhər olan Bratislava bu gün sürətlə Avropanın müasir urbanistik həllərini tətbiq…

1 ay ago

Qarabağ şəhərlərini bu cür bərpa edək? Vyananın yeni rayonları

Vyanada olarklən, bu şəhərin yeni yaşayış massivləri haqqında da vloq hazırladım. Əsas məqsəd - buranı…

1 ay ago

Urbanistik islahatlar başladı: Mərkəzi küçələr necə dəyişəcək?

İlin əvvəlində Bakıda başlayan urbanistik islahatlar davam edir. Əvvəl velosiped yolları, daha sonra tarixi mərkəzi…

1 ay ago

Bakını belə etmək istəyirlər – Vyana şəhərində gəzinti

🇦🇹 Vyana müxtəlif reytinqlərdə ardıcıl olaraq dünyanən ən yaşamalı şəhəri adlandırılmışdır. Elə Bakının da baş…

2 ay ago

Gözəl və insan yönümlü şəhər necə olur? Praqada bir gün

Əgər insan yönümlü şəhərlərdən danışırıqsa, bu şəhərdən vloq mütləq olmalı idi. Çexiyanın paytaxtı Praqada dünyanın…

2 ay ago

This website uses cookies.