Categories: İctimai nəqliyyat

Prinsip 5: Avtomobil istifadəsinə nəzarət

Dayanıqlı Şəhər Nəqliyyatının 5-ci prinsipi Avtomobil istifadəsinə nəzarət adlanır.
1980-ci illərdən başlayaraq şəhər nəqliyyatı haqqında elmi araşdırmalar elə qənaətə gəlmişdilər ki, avtomobil səyahətləri iqtisadi nöqtəi-nəzərdən ən səmərəsiz mobillik növüdür. Şəxsi Avtomobildən istifadə digər nəqliyyat növlərindən fərqli olaraq bütün cəmiyyətə baha başa gəlir. Maşın sahiblərinin birbaşa xərclərindən əlavə şəhərdə avtomobil istifadəsi bir sıra dolayı xərcə səbəb olur, bunlar isə bütün cəmiyyət tərəfindən pul formasında və ya qeyri pul formasında ödənilir.
Birbaşa xərclərə aşağıdakilar aiddir:
• Yanacaq və parklanma xərcləri (parklanmanın real dəyəri tam olaraq ödənilmir)
• Avtomobilin aşınması, təmiri, vergilər və sığorta xərcləri
Avtomobil istifadəsi üçün zərüri olan və bütün vergi ödəyiciləri tərəfindən ödənilən xərclər:
• Yolların tikintisi, təmiri və istismar xərcləri. Ödənilən yol vergiləri bu xərcləri qarşılamır
• Yol hərəkətinin təşkili xərcləri
• Yol polisinin xərcləri
Bundan əlavə cəmiyyət üçün xərc və zərər yaradan bir sıra dolayı faktorlar var:
• Tıxaclar
• Səs çirklənməsi
• Havanın çirklənməsi
• Yolların və parkinqlərin tikintisindən yaranan şəhər mühitinin pisləşməsi
• Piyada hərəkətinə zərər
Bunların hamısının real iqtisadi qiyməti var. Yollar havayı tikilmir, onlar vergilərdən yığılar vəsaitlə tikilir. Tıxacların cəmiyyətə verən zərərində qiyməti var, onlar vətəndaşların vaxtını alır. Yol polisinin fəaliyyəti də dövlətə (yəni bütün cəmiyyətə) xərc hesabına əmələ gəlir.

Şəhər mühitinin pisləşməsini və piyada hərəkətinin əngəllənməsini pulla ifadə etmək çətindir. Avtomobil sahibinin rahatlığı üçün sakinlərin şəraiti pisləşirsə deməli cəmiyyətin müəyyən hissəsinin zərəri yaranır.
Şəhərdə parkinq üçün yol sahəsindən daha çox yer tələb edilir, torpaq sahəsi isə şəhərdə ən məhdud resursdur. Parkinq infrastrukturu çox baha başa gələr və şəhər mühitinə mənfi təsir göstərir.
Bundan əlavə avtomobil sayahətlərinin çoxluğu şəhər torpağının ən səmərəsiz istifadəsidir. Bakı şəhərində isə ən yaxşı halda gündəlik səyahətlərinin ancaq 30% avtomobillə edilir, amma yol-küçə sahəsinin 70% faizindən çoxu avtomobillərə verilib.
Bu səbəblərdən şəhərlər avtomobil istifadəsinə nəzarət edirlər.
Bir necə nəzarət metodları var:
1  
   İnzibati metodlar. Bəzi şəhərlər (məs. Sinqapur) hətta avtomobil sahibliyinə nəzarət etməyə çalışırlar və yeni avtomobil qeydiyyatına məhdudiyyət tətbiq edirlər. Bundan əlavə avtomobillərin gündəlik istifadəsinə nəzarət edilə bilər. Məsələn: həftənin tək günlərində ancaq tək qeydiyyat nömrəli maşınlar istifadə oluna bilərlər.
2
   İnfrastruktur metodları. Bəzi şəhərlər yol sahəsini azaltmağa, parkinq yerlərinin ləğv edilməsinə, piyada zonaların yaradılmasına cəhd edirlər. Yəni maşınlar üçün fiziki olaraq yer azalır.

 

3
   İqtisadi metodlar. Bura ödənişli parkinq və şəhərə ödənişli girişin tətbiqi daxildir. İqtisadi metodlar ən səmərəli tənzimləmə metodları sayılır. Bunlar haqqda daha ətraflı danışacağıq.
Yazı ilə bağlı rəy bildirin:
Huseyn Abdullayev

Recent Posts

Sürətlə yenilənən Bakı — COP29 şəhəri necə dəyişəcək?

Bu gün Bakıda heç vaxt görmədiyimiz miqyasda urbanistik islahatlar baş verir. Velozolaqlar salınır, küçələr piyadalaşdırılır,…

4 ay ago

Yeni zolaqlar, yeni cərimələr – velosiped yolları üçün planlar nədir?

Bakıda velosiped zolaqlarını təşkil etməyə davam edirlər. Bu zolaqlar hara qədər uzanacaq, hansı küçələri əhatə…

5 ay ago

Yaşıllıq və ağaclarla dolu tarixi şəhər – Sofiyada gəzinti

Zəngin tarixə malik Bolqarıstan paytaxtı Sofiya şəhərini gəzdim. Baxmayaraq ki, rəsmi rəqəmlərə görə Avropa Birliyinin…

5 ay ago

Cavanşir körpüsü söküldü – bu ərazi necə dəyişəcək?

Cavanşir körpüsü tarixə qovuşdu. Bəs bu ərazidə hansı yeni layihə daha uyğun olar? Bu haqda…

6 ay ago

Velosiped zolaqları var, amma səki yoxdur – Qusarda bir gün

Azərbaycanın şimal qapısı Qusar rayonu coğrafi olaraq Avropada yerləşir. Maraqlıdır ki, burada velosiped zolaqlarının salınmasın…

6 ay ago

Boz maqistraldan insan yönümlü küçəyə – “8 noyabr” necə dəyişəcək?

8 noyabr prospektində hazırda aktiv yenidənqurma işləri aparılır. Deyilənə görə, bura maqistral tipli prospektdən daha…

7 ay ago

This website uses cookies.