Categories: İctimai nəqliyyat

Prinsip 6: İctimai Nəqliyyatın Yaxşılaşdırılması

Bu gün Dayanıqlı Şəhər Nəqliyyatının “İctimai Nəqliyyatın Yaxşılaşdırılması” adlı 6-cı prinsipi haqqında danışacağıq.

Rahat və keyfiyyətli ictimai nəqliyyat sistemini  7 meyarla  ölçmək olar:
1. Əlçatanlıq. Sərnişin yaşadığı yerin ağlabatan məsafədə ( adətən 500 metrdən çox olmamalı) ictimai nəqliyyatdan istifadə edə bilərmi? Evindən ictimai nəqliyyat dayanacağına normal şəkildə çata bilərmi? Yaxındakı dayanacaqdan sərnişinə lazım olan yerə getmək mümkündürmü? Normal marşrut birləşmələri varmı?
2. Hərəkət cədvəllərin məqbul olması.  Hərəkət intervalları və hərəkət cədvəlləri ictimai nəqliyyatdan istifadəni mümkün edirmi? Sərnişinə tələb edildikdə ictimai nəqliyyat xidməti mövcuddurmu?
3. Mümkün qədər qısa səyahət müddəti.  İctimai nəqliyyatın hərəkət intervalları və sürəti tələb olunan yerə mümkün qədər tez çatmağa imkan yaradırmı?
4. Sərfəli qiymət.  İctimai nəqliyyatda gediş haqları başqa nəqliyyat növləri ilə müqayisədə əlverişlidirmi? İctimai nəqliyyat növləri gediş haqqı baxımından inteqrasiya ölününmü?
5. Təhlükəsizlik, təmizlik, rahatlıq, insan ləyaqətinin qorunması. İctimai Nəqliyyat təhlükəsidirmi, təmizdirmi? Sərnişin ictimai nəqliyyatdan istifadə edəndə öz ləyaqətini qoruyub saxlayırmı?
6. Etibarlılıq.  Sərnişin ictimai nəqliyyat xidmətinə etibar edə bilərmi? Elan edilmiş hərəkət cədvəllərinə riayət olunurmu?
7. Naviqasiyanın asanlığı. Sərnişin gündəlik planını dəyişsə ictimai nəqliyyat sistemindən baş aça bilərmi? İctimai nəqliyyatda naviqasıya və məlumatlandırma nə səviyyədədir,
İnteqrasiya olunmuş multimodal  nəqliyyat sistemi niyə görə vacibdir?
İnteqrasiya olunmuş nəqliyyat sistemi sərnişinlərə müxtəlif nəqliyyat növlərindən  istifadə etməyə asan imkanlar yaradır.  Belə sistemin effektiv işləməsi üçün Nəqliyyatın Mübadilə Mərkəzləri lazımdır  (Hablar – Multimodal Interchange Hubs)
İnteqrasiya olunmuş sistemdə vahid ödəniş və tarif sistemləri tətbiq olunduğuna görə ödəniş və nəzarət çətinlikləri aradan qaldırılır.  İctimai nəqliyyat növləri arasında koordinasiya baş verir və vaxt cədvəlləri harmonizasiya olunur, bu amil nəqliyyat növlərinin dəyişmələrini asanlaşdırır.
Şəhərin müəyyən yerlərində (məsələn: hablar dəmir yolu stansiyaları, metro stansiyaları) iri tutumlu parkinqlər (Park and Ride) təşkil olunmalıdır ki, sürücülər şəhərin mərkəzi hissələrinə girmədən ictimai nəqliyyatdan istifadə edə bilsinlər.

 

Şəhərin İctimai  nəqliyyat sisteminin səmərəli işləməsi üçün bu sahə kompleks olaraq bir mərkəzdən idarə və koordinasiya olunmalıdır. Keçən il yaranan Bakı Nəqliyyat Agentliyi Bakı şəhərinin bütün nəqliyyat məsələləri ilə məşğul olmalıdır və ya tənzimləməlidir. Bakı şəhərində nə yol polisi (DYP), nə avtomobil yolları ilə məşğul olan təşkilat (Azəravtoyol), nə də ki, təsərrüfat fəaliyyəti ilə məşğul olan qurum (Bakı şəhər İcra hakimiyyəti) şəhər nəqliyyatının və hərəkətin təşkili və tənzimlənməsinə qarışmamalıdır.
Yazı ilə bağlı rəy bildirin:
Huseyn Abdullayev

Recent Posts

Sürətlə yenilənən Bakı — COP29 şəhəri necə dəyişəcək?

Bu gün Bakıda heç vaxt görmədiyimiz miqyasda urbanistik islahatlar baş verir. Velozolaqlar salınır, küçələr piyadalaşdırılır,…

4 ay ago

Yeni zolaqlar, yeni cərimələr – velosiped yolları üçün planlar nədir?

Bakıda velosiped zolaqlarını təşkil etməyə davam edirlər. Bu zolaqlar hara qədər uzanacaq, hansı küçələri əhatə…

5 ay ago

Yaşıllıq və ağaclarla dolu tarixi şəhər – Sofiyada gəzinti

Zəngin tarixə malik Bolqarıstan paytaxtı Sofiya şəhərini gəzdim. Baxmayaraq ki, rəsmi rəqəmlərə görə Avropa Birliyinin…

5 ay ago

Cavanşir körpüsü söküldü – bu ərazi necə dəyişəcək?

Cavanşir körpüsü tarixə qovuşdu. Bəs bu ərazidə hansı yeni layihə daha uyğun olar? Bu haqda…

6 ay ago

Velosiped zolaqları var, amma səki yoxdur – Qusarda bir gün

Azərbaycanın şimal qapısı Qusar rayonu coğrafi olaraq Avropada yerləşir. Maraqlıdır ki, burada velosiped zolaqlarının salınmasın…

6 ay ago

Boz maqistraldan insan yönümlü küçəyə – “8 noyabr” necə dəyişəcək?

8 noyabr prospektində hazırda aktiv yenidənqurma işləri aparılır. Deyilənə görə, bura maqistral tipli prospektdən daha…

7 ay ago

This website uses cookies.