Xarici təcrübə

Şəhər dizaynının ətraf mühitə təsiri: Niderland Utrext şəhərinin nümunəsi

Niderlandın Utrext şəhərinin nümunəsində urbanistika üzrə dərslər və mühazirələr keçmək olar. Bu şəhər son illər ərzində şəhər dizaynı, nəqliyyat və ekologiya cəhətindən hətta paytaxt Amsterdamı keçib.

Bu məqalədə Utrextin nümunəsində şəhər dizaynının ətraf mühitə təsirin yaxşılaşdırılmasına diqqət yetirmişdik.

Utrextdə avtobus dayanacaqlarının damları arılar üçün xüsusi gül və yaşıllıqla təchiz edilib

Arılar kütləvi şəkildə yox olur, və bu hadisə təkcə Niderlandda baş vermir. Son on ildə bir çox ölkələrdə arıların sayı təxminən üçdə bir azalıb. Utrextdə arıları necə xilas edəcəklərini anlayıblar: avtobus dayanacaqlarını damlarını yaşıllıqlarla örtüb, şəhər küçələrində onlar üçün münbit mühit yaratdıblar. Onlardan 316-nın damına gül çəmənləri salınıb. Layihə xarici reklamların quraşdırılması ilə məşğul olan “Clear Channel” şirkəti ilə birgə həyata keçirilib. Bu təşəbbüs vasitəsilə bələdiyyə şəhərdə biomüxtəlifliyi artırmağa və ekosistemi məhv olmaqdan qorumağa ümid edir.

Utrextdə avtobus dayanacağı
Foto © Barbra Verbij. Clear Channel tərəfindən dərc edilmişdir

Arılar təkcə bal istehsal etmirlər – onların şəhər biomüxtəlifliyin qorunması ilə bağlı çox böyük yükü var. Tozlandırmanın səmərəliliyi baxımından heç bir başqa həşərat onlarla müqayisə edilə bilməz: bal arıları bitkilərin və ağacların 80% -dən çoxunu tozlandırır. Onlarsız bəşəriyyət təkcə balı deyil, həm də tərəvəz, meyvə, giləmeyvə, taxıl, qoz-fındıq növlərinin əksəriyyətini itirəcək. Zolaqlı zəhmətkeşlər kənd təsərrüfatının dünya iqtisadiyyatına töhfəsi 153 milyard avro olaraq qiymətləndirilir. Eyni zamanda, arıların kütləvi ölümünün dəqiq səbəbləri məlum deyil, mümkün ekspertlər arasında iqlim dəyişikliyi, radiotezlik fonunun artması, kənd təsərrüfatında zərərli kimyəvi maddələrin istifadəsi, parazit gənələrin yayılması iddiası irəli sürülür.

Foto © Barbra Verbij. Clear Channel tərəfindən dərc edilmişdir

“Arı dayanacaqlarının” damları, ümumiyyətlə, yaşıl damlar kimi, yağış sularını saxlaya və havadan incə toz tutmağa qadirdir. Obyektlər enerjiyə qənaət edən LED işıqlar, dayanıqlı bambuk oturacaqlar ilə təchiz olunub və onların 96-si günəş panelləri ilə təzhiz olunub.

Foto © Barbra Verbij. Clear Channel tərəfindən dərc edilmişdir

Şəhər bələdiyyəsi daha da irəli getmək qərarına gədərək subsidiya sistemini işə salıblar – Utrext sakinləri öz evlərinin damında arılar üçün “yemək otağı” təşkil etmək istədikləri təqdirdə, mini-bağ üçün dam örtüyünün sahəsi ən azı 20 m2 olduqda, şəxsi layihənin maliyyələşdirilməsi üçün müraciət edə bilərlər.

Foto © Barbra Verbij. Clear Channel tərəfindən dərc edilmişdir

2028-ci ilə qədər şəhər bələdiyyəsi Utrextin nəqliyyat sistemini karbondan neytrallaşdırmaq niyyətindədir. Cari ilin sonuna kimi 55 elektrik avtobusu istifadəyə verilməsi planlaşdırılıb.

Layihə Utrextin 2050-ci ilə qədər tamamilə dairəvi iqtisadi şəhər (circular city) olmaq məqsədinin bir hissəsini təşkil edir. Bu ilin sonunda onlar dünyanın ən böyük arı otelinin olduğu şəhərdə arılara uyğun böyük reklam dirəyi quraşdıracaqlar.

İstinad: ArchDaily. Daha ətraflı layihə ilə şirkətin rəsmi saytında tanış olmaq olar.

Yazı ilə bağlı rəy bildirin:
Arzu Suleymanov

Recent Posts

Möhtəşəm tarix, əzəmətli binalar və zəif nəqliyyat – Gəncədə bir gün

Gəncə - ərazisinə görə Azərbaycanın ikinci şəhəridir. Bir müddət ölkənin paytaxtı da olub. Gəncədə çoxlu…

3 həftə ago

Bakıya oxşar şəhər bizi necə qabaqladı? Bratislavada gəzinti

Keçmişdə tipik sosialistik bir şəhər olan Bratislava bu gün sürətlə Avropanın müasir urbanistik həllərini tətbiq…

1 ay ago

Qarabağ şəhərlərini bu cür bərpa edək? Vyananın yeni rayonları

Vyanada olarklən, bu şəhərin yeni yaşayış massivləri haqqında da vloq hazırladım. Əsas məqsəd - buranı…

1 ay ago

Urbanistik islahatlar başladı: Mərkəzi küçələr necə dəyişəcək?

İlin əvvəlində Bakıda başlayan urbanistik islahatlar davam edir. Əvvəl velosiped yolları, daha sonra tarixi mərkəzi…

2 ay ago

Bakını belə etmək istəyirlər – Vyana şəhərində gəzinti

🇦🇹 Vyana müxtəlif reytinqlərdə ardıcıl olaraq dünyanən ən yaşamalı şəhəri adlandırılmışdır. Elə Bakının da baş…

2 ay ago

Gözəl və insan yönümlü şəhər necə olur? Praqada bir gün

Əgər insan yönümlü şəhərlərdən danışırıqsa, bu şəhərdən vloq mütləq olmalı idi. Çexiyanın paytaxtı Praqada dünyanın…

2 ay ago

This website uses cookies.