Şəhər infrastrukturu

Uçtərəfli keçidlərə niyə son qoymaq lazımdır?

Uçtərəfli keçidlər şəhərlərimizin böyük dərdidir. Bu mövzunu bir neçə dəfə bloqda qaldırmışıq, amma problem aktual olaraq qalır və xüsusi ilə də Bakıda onu aradan qaldırmaq üçün demək olar ki heç bir addım atılmır.

Adi bir yolayrıcı təsəvvür edin. Onun digər tərəfinə keçmək üçün ən azı 4 piyada zolağı (“zebra”) lazımdır.

Bəs əgər yolayrıcıda 4 əvəzinə 3 piyada zolağı çəkilsə nə baş verir? Üçtərəfli “U”-şəklində piyada keçidi və bu cür kəsişmədə yolu keçmək çətin bir kvesta çevrilir və qəza riskini artırır.

Gəlin Ülvi sizə hər şeyi başa salsın (ad şərtidir):

U-keçidlər haqqında bir neçə fakt:
1. Küçənin digər tərəfinə keçmək üçün piyada öz yolunu üçqat uzatmalıdır. Bu insan davranışına ziddir və piyadaların əksəriyyəti daha qısa yolu seçir və nəzərdə tutulmayan yerdən küçəni keçir. Beləliklə, qəza riski artır.


2. Bu cür keçidlər avtomobil axınına təsir etmir, əksinə növbəti yolayrıcıda vəziyyəti daha pisləşdirir.

3. Piyada onu keçiddə buraxan sürücüdən qat-qat çox vaxt itirir.

4. Bu cür keçidlər həmçininin azmobilli insanlara ən böyük hörmətlsizlik əlamətidir. Tutuaq ki, cavan adam yolu qaçaraq keçə bilirsə, nənələr, babalar və araba ilə hərəkət edənlər insanlar bu keyfiyyətə malik deyirlər. Onlar əziyyət çəkməlidir.

Halbuki 4-tərəfli keçid təşkil etməklə bütün riskləri azaltmaq olar.

U-keçidlər yalnız avtomobilləri düşünərək təşkili edilir, çünki bizdə piyadaları “yola verməyə” öyrəşiblər. Eyni zamanda, bu cür keçidləri təşkil etməklə dövlət qurumları qəza məsuliyyətini öz boylarından piyada və sürücülərin üstünə atırlar.

Keçmiş post-sovet ölkələri arasında bu cür anormal keçidlərə bəlkədə ən çox Bakıda rast gəlmək olar. Ola bilsin, məhz buna görə bizdə qəzaların yarısı piyadaların vurulmasıdır?

Gəlin Bakı küçələrinə bir daha diqqət yetirək. Bura şəhərin düz mərkəzi, Azadlıq prospektidir (foto Google Maps):

Üzeyir Hacıbəyov küçəsi. Gördüyünüz kimi, yük daşıyan piyada yolunu üçqat uzatmaq fikrində deyil (təbii davranış).

Yenə də şəhərin mərkəzi (Bülbül prospekti və Xəqani küçələri). Piyadaların hərəkətinə diqqət.

28 May küçəsi (bu küçənin bir hissəsini təmirdən sonra təhlil etmişəm, ətraflı burada)

Hətta bir sıra küçələrdə Bakıda hələ 2009-cu ildə normal dördtərəfli keçid var idisə, bu gün onlar da artıq üçtərəfli keçidlə əvəz olunublar. Üzeyir Hacıbəyov və Puşkin küçələrinin kəsişməsi 10 il əvvəl və indi:

İndi baxaq digər şəhərlərə.

Nyu-York (nəzərə alın ki ABŞ ən avtomobilləşmiş ölkədi, amma burada yenə də heç vaxt üçtərəfli keçidlərə rast gəlmərsiniz):

London, Böyük Britaniya (burada adətən yalnız keçidlərin haşiyəsi boyanır):

Paris, Fransa:

Moskva, Rusiya:

Seul, Cənubi Koreya – diaqonal keçid:

İnkişaf etmiş ölkələrdən çoxlu misallar gətirmək olar, elə özünüz Google Maps vasitəsilə araşdırma apara bilərsiniz. Əfsuslar olsun ki, bizim qurumlar bu məsələni ciddiyətə almaq istəmirlər. Baxmayaraq ki, şəhəri piyadayönümlü etmək fikirləri mütəmadi olaraq səslənir. Bu haqda hələ keçən yazıda qeyd etmişdim.

Səmimi olsaq, Bakı Nəqliyyat Agentliyi bəzi kəsişmələrdə dördtərəfli keçidlər salır, yalnız nəzərə alsaq ki, Bakıda 1000-dən çox kəsişmə var, və onların təxmini 90% üçtərəfli və narahatdır.

İnsan yönümlü şəhər layihəsi olaraq, biz bu cür keçidlərlə mübarizə etməyə davam edəcəyik. Siz də BNA-ya müraciət edib, Bakıda bu mübarizəyə qoşula bilərsiniz. Regionlarda bu məsələ Dövlət Yol Polisinin nəznindədir.

Bizi Facebookda izləməyə davam edin, məsələni gündəmdə saxlamağa davam edəcəyik:
facebook.com/city4people.az
facebook.com/Baku4people

Yazı ilə bağlı rəy bildirin:
Anar Aliyev

Recent Posts

Sürətlə yenilənən Bakı — COP29 şəhəri necə dəyişəcək?

Bu gün Bakıda heç vaxt görmədiyimiz miqyasda urbanistik islahatlar baş verir. Velozolaqlar salınır, küçələr piyadalaşdırılır,…

4 ay ago

Yeni zolaqlar, yeni cərimələr – velosiped yolları üçün planlar nədir?

Bakıda velosiped zolaqlarını təşkil etməyə davam edirlər. Bu zolaqlar hara qədər uzanacaq, hansı küçələri əhatə…

5 ay ago

Yaşıllıq və ağaclarla dolu tarixi şəhər – Sofiyada gəzinti

Zəngin tarixə malik Bolqarıstan paytaxtı Sofiya şəhərini gəzdim. Baxmayaraq ki, rəsmi rəqəmlərə görə Avropa Birliyinin…

5 ay ago

Cavanşir körpüsü söküldü – bu ərazi necə dəyişəcək?

Cavanşir körpüsü tarixə qovuşdu. Bəs bu ərazidə hansı yeni layihə daha uyğun olar? Bu haqda…

6 ay ago

Velosiped zolaqları var, amma səki yoxdur – Qusarda bir gün

Azərbaycanın şimal qapısı Qusar rayonu coğrafi olaraq Avropada yerləşir. Maraqlıdır ki, burada velosiped zolaqlarının salınmasın…

6 ay ago

Boz maqistraldan insan yönümlü küçəyə – “8 noyabr” necə dəyişəcək?

8 noyabr prospektində hazırda aktiv yenidənqurma işləri aparılır. Deyilənə görə, bura maqistral tipli prospektdən daha…

7 ay ago

This website uses cookies.