Yüksək sürət yol-nəqliyyat hadisələrinin yaranmasında və hadisə nəticəsində baş verə biləcək xəsarətlərə təsir edən əsas faktorlardan biridir. Təhlükəli sürət icazə verilmiş sürət məhdudiyyətinin artıq hərəkət nəticəsində yaranır. Həmçininin sürək küçə-yol şəraitinə uyğun seçilməlidir, bu baş vermətəndə yol-nəqliyyat hasisələrinin sayı kəskin artıq. Azərbaycanda qeydə alınnmış yol hərəkəti qaydalarının pozulması hallarının yarısından çoxu məhz sürət rejiminin pozulması halları ilə bağlıdır. Eyni zamanda ölumlə nəticələnən yol-nəqliyyat hadisələrinin böyük əksəriyyəti bu səbəblə əlaqəlidir. Qeyd edək ki, inkişaf etmiş dövlətlərdə yüksək sürət yol-nəqliyyat hadisələri nəticəsində ölüm hallarının ancaq 30%-nə səbəb olur.
Nəqliyyat vasitəsinin sürətinə nəzarət qəzaların baş verməsi hallarını və ya sağlamlığa dəyən zərərin şiddətini azalda bilər.
Sürət qəzalara necə təsir edir?
Nəqliyyat vasitəsinin sürəti nə qədər çox olarsa, sürücüyə avtomobili dayandırmaq üçün o qədər də çox zaman tələb ediləcək. 50 km/s-la hərəkət edən avtomobili tam saxlamaq üçün 13 mert məsafə lazım olacaq, eyni zamanda 40 km/s sürətlə hərəkər edən maşını dayandırmaq üçün 8.5 metr tələb edilir.
Nəqliyyat vasitəsinin sürətinin 1 km/s artması qəza riskini 3% artırır.
Yüksək sürət həmçinin avtomobilin içində oturan sərnişinlərə də təsir edir. Hadisə baş verərsə, 80 km/s-la gedən avtomibilin sərnişininin ölüm riski, 30 km/s hərəkət edən maşının sərnişinin ilə müqaisədə 20 dəfə çoxdur.
Yüksək sürətlə hərəkət edən nəqliyyat vasitəsininin piyada və velosipedçilərə də təsiri böyükdür. Məsələn, avtomobil 30 km/s sürətlə hərəkət edirsə və piyadanı vuvursa, piyadanın 90% sağ qalma ehtimalı var, lakin sürət 45 km/s olanda sağ qalmaq ehtimalı 50%-ə enir. Sürət 80 km/s və daha çox olanda piyadanın artıq heç bir şansı yoxdur.
Sürətə hansı faktorlar təsir edir?
Sürücünün sürət rejiminin seçiminə bir neçə faktor rol oynayır:
– Sürücünün özü ilə bağlı faktorlar (yaşı, aqressivlik dərəcəsi, sərxoşluğu, nəqliyyat vasitəsində olan sərnişinlərin sayı və s.)
– Yolla və nəqliyyat vasitəsi ilə əlaqəli məsələlər (yolu vəziyyəti, yolun xüsusiyyətləri, nəqliyyat vasitəsinin gücü, maksimal sürət məhdudiyyəti və s.)
– Nəqliyyat axını və mühit ( axının sıxlığı, sürəti, tərkibi və hava şəraiti)
Yüksək sürətlərin mənfi təsirlərini azaltmaq üçün nə etmək lazımdır.
Nəqliyyat vasitələrinin sürətini optimal səviyyədə saxlamaq üçün tələb olunan tədbirlər:
– Küçə-yol şəbəkəsində icazə verilən sürətləri optimallaşdırmaq və səmərəli şəkildə nəzərət etmək (radar, kamera və s.) Sürətlər küçə-yol şəbəkəsinin funksiyasına uyğun seçilməlidir. Bütün hallarda şəhərin daxilində olan küçə və prospektlərində maksimal sürət 50 km/s-dan yüksək olmamalıdır.
– Dünya təcrübəsi göstərir ki, küçə-yil şəbəkəsində sadəcə sütət limitlərinin azaıdılması uzunmüddətli effekt vermir, bu səbəbdən nəzarət mexanizmlərinin də optimallaşdırılması və təkminləşdirilməsi vacibdir.
– Sürəti ölçən kameralar ən səmərəli vasitələrdən biridir
– Şəhərətrafı yollarda sürət məhdudiyyəti hava şəraitindən asılı olaraq dəyişə bilər. Məsələn yağışlı və ya qarlı havada maksimum icazə verilən sürətlər azaldırılmalıdır
– Həmçinin sürətli və geniş yollarda yüksək sürətlə və nisbətən asta gedən axınları bölmək də yaxşı ideya ola bilər. Bu zaman konflikt nöqtələr azalmış olur
– Sürətli şəhərətrafı yolların şəhərin küçə və prospetklərinə birləşən yerlərə xüsusi diqqət ayrılmalıdır. Belə yerlərdə nəqliyyat axınının sakitləşdirmə alətləri istifadə edilməlidir. Dairəvi və svetforlarla nizamlanan yol ayrıcları nümunə kimi gətirmək olar
– Yüksən tonnajlı nəqliyyat vasitələri günün six hərəkət olan zamanında şəhərlərin küçə prospektlərindən kənarlaşdırmalıdırlar. Bu tədbir şəhərlərin daxilində yol-nəqliyyat hadisələrini azalda bilər
– Şəhərlər küç-yol şəbəkəsinə dair yeni layihələndirmə və təhlükəsizlik standartlarını tətdiq etməlidirlər. Bu tədbirlərə nəqliyyat axınının sakitləşdirilməsi və yol sahəsinin isitifadəçilər arasında adalətli bölgüsü, piyada keçidlərinin yerləşdirilməsi sahəsində müasir yanaşmalar daxildir.
Bu gün Bakıda heç vaxt görmədiyimiz miqyasda urbanistik islahatlar baş verir. Velozolaqlar salınır, küçələr piyadalaşdırılır,…
Bakıda velosiped zolaqlarını təşkil etməyə davam edirlər. Bu zolaqlar hara qədər uzanacaq, hansı küçələri əhatə…
Zəngin tarixə malik Bolqarıstan paytaxtı Sofiya şəhərini gəzdim. Baxmayaraq ki, rəsmi rəqəmlərə görə Avropa Birliyinin…
Cavanşir körpüsü tarixə qovuşdu. Bəs bu ərazidə hansı yeni layihə daha uyğun olar? Bu haqda…
Azərbaycanın şimal qapısı Qusar rayonu coğrafi olaraq Avropada yerləşir. Maraqlıdır ki, burada velosiped zolaqlarının salınmasın…
8 noyabr prospektində hazırda aktiv yenidənqurma işləri aparılır. Deyilənə görə, bura maqistral tipli prospektdən daha…
This website uses cookies.