Şəhər infrastrukturu

Sovet binalarını necə müasir tikiliyə çevirmək olar?

Yenilənmə – yaxşıdır ya pis? Əgər Bakı təcrübəsini götürsək, ikinci variant deyə bilərik. Biz hər şeyi kökündən baltalamağa öyrənmişik: məsələn beş mərtəbələri söküb yerində infrastruktur nəzərə alınmadan göydələn tikmək.

Əlbəttəki dünyada bu işlə məşğul olan tək biz deyilik, Avropada bu tip binaları sökmək yerinə onları müasir standartlara uyğun olaraq yeniləyirlər.

Bakıda hər ikinci sakin SSRİ vaxtı tikilmiş, tipik çox mənzilli binalarda yaşayır. On illərlə bu binalardan istifadə artıq onları yararsız vəziyyətə salıb və sakinlərə bu binalarda yaşamaq rahat deyil. Bu binalar çox vaxt diqqətdən kənar qalır, ən yaxşı halda isə “plana düşərək” öz yerini göydələnlərə verir.

Amma daha yaxşı olardıkı bu binalar yenilənmə nəticəsində müasir vətəndaşların tələblərinə cavab verən binalara çevrilərdi:

Məsələn Almaniyanın Leinefelde-Worbis şəhərindəki köhnə binanı müasir vəziyyətə gətiriblər:

Daha bir nümunə Fransanın Bordo şəhərindən gətirə bilərik:

Köhnə binanı müasir və komfortlu binaya çevirmək üçün Avropada təkcə fasadı yeniləmirlər. Onlar fasad ilə yanaşı bütün kommunal xətləridə yeniləyirlər.

Almaniyanın Qalle şəhəri:

Müasirləşmə şəhərlərə necə kömək edə bilər?

O, ən başlıca şəhər mühitini yaxşılaşdırır, sakinlərin komfortunu artırır və büdcəyə qənaət edir. Bu müasirləşmə üçün cəmi 3 addım lazımdır:

1. Kvartalları böyütmək

Kvartal daxili yolları nəqliyyatın və insanların rahat hərəkət edə biləcəyi küçəyə çevirmək. Küçələr daha sıx, kvartal isə kompakt olacaq. Bu orada sərbəst hərəkət etməyə kömək edəcək

2. Tikililəri müxtəlifləşdirmək 

Heç nəyi sökmədən boş ərazilərdə alçaq və orta hündürlüyə malik evlər və ya obyektlər tikmək, binaları müasirləşdirmək və sakinlərə qonşuluqda yerləşən daha müasir evlərə köçməyə şərait yaratmaq. Kvartal bu zaman daha rəngarəng olacaq.

3. Ticarəti canlandırmaq 

Binaların birinci mərtəbəsini ticarət obyektlərinə çevirmək. Bu dəyişiklik küçələrdə daim insan axınını təmin edəcək. Kvartal daha canlı və aktiv olacaq, sakinlər isə onlara lazım olan hər şeyi evlərinin yanından əldə edəcəklər

Bütün bu dəyişikləri etmək, kvartalın tamamilə sökülüb yenidən tikilməsindən 30% daha ucuz başa gələcək.

Hal-hazırda Bakıdakı tipik binalarda nələri dəyişmək olar? Biz köhnə binalarda sakinləri narahat edən 5 element tapdıq:

1. Birinci mərtəbədəkilərin gizliliyinin olmaması

Birinci mərtəbədə yaşayan sakinlər demək olarki bütün binalarda pəncərələrinə barmaqlıq vurur, qalın pərdə əsir və küçədən keçənlərin diqqətlərindən gizlənməyə çalışır. Bununla onlar öz mənzillərində gizliliklərini qorumaq istəyir

2. Təhlükəli və narahat bloklar

Bloklarda narahat atmosfer və az yer var, velosiped və ya uşaq arabasını saxlamağa yer yoxdur. Bəzi sakinlər naməlum şəxsləri görməmək üçün tez evlərinə qalxıb qapılarını arxadan bağlamaq istəyir

3. Eyvanlar, eyvanlar və yenədə eyvanlar….

Bakının ən böyük dərdlərindən biri hər kəsin öz eyvanını öz zövqünə və puluna görə dəyişməsidir. Bütün bu dəyişikliklər binanın fasadını korlayır

4. Ticarətin yoxluğu

Köhnə tikililərin yerləşdiyi məhəllələrdə demək olarki ticarət obyektləri yox səviyyəsindədir. Orada maksimum balaca mağaza, bərbərxana və aptek olacaq. Ərzaq almaq və ya shopping etmək üçün sakinlər başqa yerlərə üz tutur

5.İstirahət yerlərinin yoxluğu

Əgər yaxınlıqda park yoxdursa sakinlərin açıq havada dincəlmələri demək olarki mümkünsüz olacaq. Blokun girişində əksər hallarda oturacaq olmayacaq. Məhəllədə dairə vurmaqdan isə tez bezirsən. Əgər eyvan mətbəxə çevrilməyibsə orada dincələ bilərsən amma orada da həyət effektini almayacaqsan

 

Bizim evlər necə ola bilər? 

Köhnə tikililər maraqsız və eyni tipli olmasına baxmayaraq onlara yeni həyat vermək olar. Yuxarıda sadalanan problemləri necə həll etmək olar?

1. Birinci mərtəbələrin probleminin komfortlu həlli

Binaların qabağında yaşıllıq salmaqla birinci mərtəbədəki sakinlərin gizliliyini qorumaq olar. Həmçinin açıq havada yeni istirahət yerləri peyda olar

2. Hər kəs üçün rahat və təhlükəsiz bloklar

Şüşəli girişlər görüntünü və təhlükəsizliyi artırır. Səki ilə eyni səviyyəli giriş hər kəs üçün bloka girməyi asanlaşdırır. Girişdə isə velosiped və ya uşaq arabasını qoymağa yer açılır

3. Bütün eyvanlar üçün eyni görünüş

Binanın fasadındakı bütün eyvanlar eyni görünüşdə yenidən tikilir. Bununla binanın fasadı eybəcərlikdən azad olur, sakinlər isə yeni daha geniş eyvan əldə edir

4. Kiçik ticarət üçün yeni sahələr

Birinci mərtəbələrin yenidən planlanması küçə ticarətini canlandırır, büdcəyə pul, sakinlərə isə rahatlıq gətirir

5. Şəxsi və kollektiv istirahət üçün damlardan istifadə

Demək olarki bütün köhnə tikililərin damlarında istirahət zonaları yaratmaq mümkündür. Burada istirahət meydanları, uşaq meydançaları və s. salmaq olar.

Aşağıda sizə daha ətraflı şəkillərlə bu yenilənmələri necə olar göstəririk:

Birinci mərtəbə

Bina ətrafında bağ salmaqla birinci mərtəbələr evlərinə birbaşa giriş təşkil edə bilər. Əvvəllər belə evlər çox idi lakin sonradan bu bağlar hamısı söküldü.

Bu bağları yenidən salmaq lazımdır, həyət yaşıllıq olur, birinci mərtəbə sakinləri isə şəxsi həyətə sahib olurlar

Bloklar

Binaya girişi onun blokun qabağında əlavə tikili tikərək ümumi istifadə olunan məkan halına gətirmək olar. Burada uşaq arabalarını və ya velosipedləri saxlamaq olar.

Binanın fasadında lift

Bildiyimiz kimi beş mərtəbəli binalarda lift olmur. Bu problemi həll etmək asandır. Sadəcə binanın fasadı ilə lift qaldırmaq olar. Şəffaf şüşələrdən hazırlanmış bu liftlərə daima günəş işığı düşəcək.

Həmçinin oxuyun:
Gələcəyin gettoları: Yeni yaşayış komplekslərin aqibəti
Gözəl layihəni necə korlamaq olar: MİDA-nın Yasamal Kompleksinin təhlili

 

Məqalini hazırlayarkən “varlamov.ru” saytının materiallarından istifadə olunmuşdur.
Yazı ilə bağlı rəy bildirin:
İlkin Babayev

Recent Posts

Sürətlə yenilənən Bakı — COP29 şəhəri necə dəyişəcək?

Bu gün Bakıda heç vaxt görmədiyimiz miqyasda urbanistik islahatlar baş verir. Velozolaqlar salınır, küçələr piyadalaşdırılır,…

4 ay ago

Yeni zolaqlar, yeni cərimələr – velosiped yolları üçün planlar nədir?

Bakıda velosiped zolaqlarını təşkil etməyə davam edirlər. Bu zolaqlar hara qədər uzanacaq, hansı küçələri əhatə…

5 ay ago

Yaşıllıq və ağaclarla dolu tarixi şəhər – Sofiyada gəzinti

Zəngin tarixə malik Bolqarıstan paytaxtı Sofiya şəhərini gəzdim. Baxmayaraq ki, rəsmi rəqəmlərə görə Avropa Birliyinin…

5 ay ago

Cavanşir körpüsü söküldü – bu ərazi necə dəyişəcək?

Cavanşir körpüsü tarixə qovuşdu. Bəs bu ərazidə hansı yeni layihə daha uyğun olar? Bu haqda…

6 ay ago

Velosiped zolaqları var, amma səki yoxdur – Qusarda bir gün

Azərbaycanın şimal qapısı Qusar rayonu coğrafi olaraq Avropada yerləşir. Maraqlıdır ki, burada velosiped zolaqlarının salınmasın…

6 ay ago

Boz maqistraldan insan yönümlü küçəyə – “8 noyabr” necə dəyişəcək?

8 noyabr prospektində hazırda aktiv yenidənqurma işləri aparılır. Deyilənə görə, bura maqistral tipli prospektdən daha…

7 ay ago

This website uses cookies.