Xarici təcrübə

Şəhərlərdə işlənməyən ərazilərin yenidən planlanmasının cəmiyyətə faydası nədir?

Ölü ərazilər hansılardır?

Bəzi ərazilər zamanla digərləri ilə müqayisədə daha çox inkişaf edir, insanlar tərəfindən daha cox istifadə olunur. Digər yandan, bəziləri təkamüldən qalır, qaranlıq, qorxulu və istənməyən sahələrə çevrilir. Şəhərdəki belə yerlər “ölü ərzilər” adlandırılır. Ölü ərazilərə, tərk edilmiş binaları, işlədilməyən yerüstü və yeraltı keçidləri, dar küçələri nümunə olaraq vermək olar. Belə sahələr yenidən planlanma ilə canlandırıla və insanlar üçün istifadəyə verilə bilər. Gəlin dünyadan bəzi nümunələrə nəzər yetirək:

Highline proyekti – New York şəhəri, ABŞ

Tərkedilmiş qatar xətti yerlilər və gəlmələr tərəfindən çirkin və istənməyən yer kimi görünürdü. 9 metr yüksəklikdə olan bu platform dövlət tərəfindən dağıdılmaq üçün qara siyahıya alınsa da, 2006cı ildə üç şirkətin kooperativ çalışması ilə yüksəldilmiş park lahiyəsinə sərəncam verilmişdir. Halhazırda 2.3 km uzunluğundakı platform şəhərlilər və turistlər tərəfindən həm istirahət zonası, həm də təhlükəsiz keçid kimi istifadə olunur. Burada yerləşdirilən müxtəlif növ istirahət məntəqələri dincəlmək və mənzərəni seyr etmək üçün fürsət yaradıb. Qatar xəttinin bəzi hissləri keçmişi xatırlamaq üçün sökülməyib və bu da, keçidə fərqli bir rəng qatır. HighLine proyekti cəmiyyətin istifadəsi üçün ölü ərazinin canlandırılmasının ən yaxşı nümunələrindən biridir.

City Thread – Chattanooga şəhəri, ABŞ

İşlək və mərkəzi yerdə olan, ölü ərazi sayılan qapalı dar küçə (4.5-5.5m) heykəltaraşlıq instalyasiyası və əlvan rənglərlə yenidən canlandırılıb. Bir zamanlar qorxulu və qaranlıq olan bu küçə yerlilərin və turistlərin sevdiyi məkanlardan birinə çevrilib. 150 metr uzunluğunda olan dəmir boru və rənglənmiş səthlər müxtəlif çeşidli istirahət zonaları (tamaşa platformu, oturacaqlar, açıq hava kinoteatr və s.) yaradılıb. Yenidən planlaşdırılmış küçə paralelində olan işlək küçələrə keçidlər ilə bağlanır ve bu da, piyada şəbəkəsini gücləndirir.

Architect: Sports Collaborative | Photographer: Garey Gomez

Bu iki nümunə ilə görürük ki, yenidən planlanma ilə canlandırılmış sahələr həm yerlilərin, həm də turistlərin maraq dairəsinə girir və onların xoş vaxt keçirməsinə yol açır. Təbii ki, belə planlanmalar zamanı əsas fokus xərclənəcək və qazanılacaq pul yox, cəmiyyətin rifahı olmalıdır.

Yazı ilə bağlı rəy bildirin:
Nurlana Məmmədli

Recent Posts

Sürətlə yenilənən Bakı — COP29 şəhəri necə dəyişəcək?

Bu gün Bakıda heç vaxt görmədiyimiz miqyasda urbanistik islahatlar baş verir. Velozolaqlar salınır, küçələr piyadalaşdırılır,…

4 ay ago

Yeni zolaqlar, yeni cərimələr – velosiped yolları üçün planlar nədir?

Bakıda velosiped zolaqlarını təşkil etməyə davam edirlər. Bu zolaqlar hara qədər uzanacaq, hansı küçələri əhatə…

5 ay ago

Yaşıllıq və ağaclarla dolu tarixi şəhər – Sofiyada gəzinti

Zəngin tarixə malik Bolqarıstan paytaxtı Sofiya şəhərini gəzdim. Baxmayaraq ki, rəsmi rəqəmlərə görə Avropa Birliyinin…

6 ay ago

Cavanşir körpüsü söküldü – bu ərazi necə dəyişəcək?

Cavanşir körpüsü tarixə qovuşdu. Bəs bu ərazidə hansı yeni layihə daha uyğun olar? Bu haqda…

6 ay ago

Velosiped zolaqları var, amma səki yoxdur – Qusarda bir gün

Azərbaycanın şimal qapısı Qusar rayonu coğrafi olaraq Avropada yerləşir. Maraqlıdır ki, burada velosiped zolaqlarının salınmasın…

6 ay ago

Boz maqistraldan insan yönümlü küçəyə – “8 noyabr” necə dəyişəcək?

8 noyabr prospektində hazırda aktiv yenidənqurma işləri aparılır. Deyilənə görə, bura maqistral tipli prospektdən daha…

7 ay ago

This website uses cookies.