“İnsanlar üçün şəhər” layihəsi haqqında yazmağa davam edirəm. Əvvəlki
yazımda şəhərin inkişaf zamanı niyə məhz piyada yönümlü olması barədə yazmışdım.
Bu dəfəki yazımda “Şəhər nəqliyyatı hansı formada təşkil olunmalıdır?” sualına toxunmaq istərdim.
20-ci əsrin “Müvafiq küçədən bir saatda neçə maşın keçər?” sualından fərqli olaraq 21-ci əsrdə bizləri düşündürən əsas sual “Müvafiq küçədən bir saatda neçə piyada keçər?”-dir.
|
Üstdəki şəkil: Bu günün sualı. Aşağıdakı şəkil: Keçən əsrin sualı |
Başqa sözlə desək prioritet insanları daşımaq üçün az effektiv olan şəxsi avtomobildən daha effektiv vasitələrə yönəlib.
Fərq aşağıdakı şəkildə daha aydın görünür
Bəs niyə şəxsi avtomobillər bu qədər qeyri effektiv oldu? Səbəb isə çox sadədir:
|
Eyni sayda insanı daşımaq üçün lazım olan nəqliyyat vasitələrinin küçədə tutduğu yer: maşın, avtobus, velosiped. |
Yuxarıdakı şəkildə eyni sayda insanı daşımaq üçün lazım olan nəqliyyat vasitələrinin küçədə tutduğu yer təsvir olunub. Nəzərinizə çatdırmaq istəyirəmki, boş yer şəhərin ən dəyərli resursudur. Şəhər bu boş yerləri lazımsız şəkildə sağa-sola xərcləyə bilməz! (Əks halda bu şəhərin xaotik böyüməsinə, çoxlu sayda infrastruktur və sosial problemlərin yaranmasına gətirib çıxardacaq)
Şəkildən göründüyünü kimi saatda 50000 adamın bir istiqamətdə daşınması üçün şəxsi avtomobillərə 175 m, avtobus və trolleybuslara 35 m, relsli nəqliyyat vasitəsinə isə cəmi 9 m enində boş yer lazımdır.
Buna görə fiziki olaraq hər sakini yol və parkinglə təmin etmək qeyri mümkündür. Çünki yolların tarixi ölçüsü və yolların genişlənməsi effektinə görə alınmayacaq. Nə qədər çox yeni yol salsan o qədər çox yeni maşınlar alınacaq. Yeni yollar insanları maşın sürməyə stimullaşdırır. Hər yeni maşın isə yeni parking sahəsi deməkdir. Yollardan fərqli olaraq parking sahələri daha çox lazım olur. Gəlin belə xırda hesablama edək: Bir iş yeri ~ 2 kv.m, bir parking sahəsi isə ~ 7 kv.m. yer tutur. Başqa sözlə desək 10 mərtəbəli bir biznes mərkəzi üçün 35 mərtəbəli parking tikmək lazımdır. Bundan əlavə isə bir maşına ən azı 2 parking sahəsi lazımdır – biri evdə, biri işdə. Buna görədə insanları daşımaq nöqteyi nəzərindən şəxsi avtomobil (bir avtomobildə ~ 1.2 adam) digər nəqliyyat vasitələrinə uduzur.
|
Solda effektivlik, sağda infrastruktur xərci |
Ümumilikdə yuxarıda sadaladığımız gün kimi aydın olan faktlardan belə nəticə çıxartmaq olarki şəxsi avtomobil şəhər həyatında autsayder olmalıdır.
Piyadadan sonra ikinci ən önəmli nəqliyyat vasitəsi – velosipeddir. Niyə? Çünki o:
- Ekoloji təmizdir
- Velosiped yolunu çəkmək, maşın yolundan daha az xərclə başa gəlir
- Velosiped şəhərdə çox yer tutmur
|
Bir maşın parkinginə 10 ədəd velosiped yerləşir |
Şəhər həyatının sıradakı ən effektiv vasitəsi – ictimai nəqliyyat haqqında gələcək yazılarımda ətraflı danışacam. Qısaca ictimai nəqliyyat ancaq düzgün daşıma vasitəsi, ağıllı bilet siyasəti və bəzi prinsiplərə əməl etdikdə effektiv ola bilər.
|
Tramvay yollarının yenidən çəkilməsi Bakıdakı tıxac probleminin həllində böyük rol oynayacaq |
İctimayi nəqliyyatın ən böyük müsbət tərəflərindən biri onların daim hərəkətdə olmasıdır. Yəni onlar şəhər küçərələrini dayanmaq üçün yox tranzit üçün istifadə edir. Hal-hazırda isə bildiyimiz kimi Bakıdakı avtobus xaosu demək olarki mərkəzdən başqa hər yerdə demək olarki olduğu kimi qalıb.