Piyadaları yol hərəkəti qaydalarına əməl etməyə necə məcbur etmək olar

 

Hər kitab ön sözdən başladığı kimi mən də yazımı kiçik girişlə başlamaq istəyirəm.
Demək belə, “insanlar üçün şəhər” anlayışı nədən başlayır? (Əminliklə deyə bilərəm ki, yuxarıdakı şəkildən yox)
Təəccüblü olsa da, ən birinci dəyişilməli olan şey beyinlərdir. Şəhər mühitinin dəyərləri adi piyada lehinə dəyişilməlidir. Şəhər istənilən piyadanın evi olmalıdır və bu, birmənalı şəkildə bütün piyadalara aiddir: uşaqların, qocaların, cavanların, əlillərin və hətta it ilə gəzən piyadaların. Şəhər bəzi seçilmiş insanlara yox, hər kəsə açıq və əlçatan olmalıdır. Bunun əksi, qadağalar və məhdudiyyətlər olduğu halda isə şəhər məhvə məhkumdur. Axı kim özünə dəyər verilmədiyi bir şəhərdə yaşamaq istəyər? (Bakı üçün çox tanış haldır, elə deyilmi?)
Yuxarıda qeyd etdiyim kimi hər şey insandan başlayır. İnsan dedikdə isə mən sırf piyadanı nəzərdə tuturam. Niyə piyada? Çünki daim maşınla, velosipedlə və ya avtobusla hərəkət edən bir insan ola bilməz. İstənilən halda bu insan öz maşına, velosipedə və ya avtobusa minmək üçün müəyyən qədər piyada yol qət edir. Həmçinin maşını, velosipedi olmayan adam çoxdur, ayaqlar isə hər kəsdə var. Buna görə də şəhər sistemin ən zəif bəndinə —piyadaya uyğun layihələndirilməlidir. Məhz buna görə piyada bu sistemin “ürəyidir”.
Tikililər arası əlaqələr maşınlar üçün piyadalar üçün layihələndirilməlidir

Keçmişə nəzər salsaq, görərik ki, insanlıq bir zamanlar bu prinsipdən uzaqlaşaraq şəhərlərdə əsas rolu insanlara yox, maşınlara vermişdi. Lakin zaman keçdikcə bu yolun sonunun dalan olduğu gün kimi aydın oldu və cəmiyyət öz səhvini düzəldə bildi.

Kopenhagen “avtomobillər əsrində”

Kopenhagen bu gün
Yuxarıda qeyd etdiyim kimi şəhər hər kəs üçün əlçatan olmalıdır, amma bütün problemlər piyadaların lehinə həll olunmalıdır. Digərləri — maşın sürücüləri, velosipedçilər və s. isə piyadalara görə uyğunlaşmalıdırlar.
Solda “indi”, sağda “əslində necə olmalıdır”
“İnsan üçün şəhər” böyük bir kompleks dəyişmənin sadəcə fəlsəfəsidir ki, bu qərar verildikdən sonra çox böyük işlər görülməlidir. Bütün ömürləri boyu şəhər küçələrini maşın və parklanma üçün nəzərdə tutulduğunu düşünən insanların fikirlərini dəyişmək bu kompleks tədbirlərin ən asan hissəsidir. Təkcə şəhər meriyasını yox, həmçinin küçələri layihələndirən, bu küçələrə nəzarət edən və s. adamları da bu prinsipə uyğun yenidən tərbiyələndirmək lazımdır.
Məsələn, bu piyada keçidində olan gölməçəni adi yol işçisinə göstərsən, o heç vaxt bizim ondan nə istəyidimizi başa düşməyəcək.
Yağışdan sonra gördüyümüz adi mənzərə
Lakin insanlar üçün şəhərdə belə hallar olmamalıdır. Çünki potensial cavan və sağlam bir gənc bu gölçəmənin üzərindən tullanıb keçə bilər, əlində yük olan bir nənə isə yox. Əlillər haqqında isə bizim ölkədə ümumiyyətlə düşünmək və danışmaq sanki qadağandır (buna görə də biz onları küçələrdə çox az-az görürük, küçələrimiz onlara düşməndir).
Müvafiq şəxsləri inandırdıqdan sonra isə normativ bazanı dəyişmək üçün nəhəng işlər görülməlidir: avtomobil üçün hazırlanmış infrastrukturlar piyadaların ehtiyaclarına uyğun dəyişilməlidir.
Hazırda bizim küçələrdə ən deyərli iştirakçi – avtomobillərdir. Qalan kər isə onlara uyğunlaşır. Lakin tam əksi olmalıdır.
Bütün bunlarla yanaşı şəhər sakinlərinin də fikirlərini dəyişmək lazımdır. Çünki yeraltı və yerüstü keçidlərin “vacibliyi”, şəhərin palçığı, səkilərin maşınlar tərəfindən zəbt olunması kimi qədim dəyərlər insanların şüuraltına yerləşib. İnsanları yenidən tərbiyələndirmək çox çətindir.
Yuxarıda: Mühəndislərimiz yolları necə görür. Aşağıda: Yollar necə layihələndirilməlidir
Amma alınacaq nəticə üçün bütün bu çətinliklərə dözməyə dəyər:

Yazı ilə bağlı rəy bildirin:
İlkin Babayev

Recent Posts

Möhtəşəm tarix, əzəmətli binalar və zəif nəqliyyat – Gəncədə bir gün

Gəncə - ərazisinə görə Azərbaycanın ikinci şəhəridir. Bir müddət ölkənin paytaxtı da olub. Gəncədə çoxlu…

1 həftə ago

Bakıya oxşar şəhər bizi necə qabaqladı? Bratislavada gəzinti

Keçmişdə tipik sosialistik bir şəhər olan Bratislava bu gün sürətlə Avropanın müasir urbanistik həllərini tətbiq…

3 həftə ago

Qarabağ şəhərlərini bu cür bərpa edək? Vyananın yeni rayonları

Vyanada olarklən, bu şəhərin yeni yaşayış massivləri haqqında da vloq hazırladım. Əsas məqsəd - buranı…

1 ay ago

Urbanistik islahatlar başladı: Mərkəzi küçələr necə dəyişəcək?

İlin əvvəlində Bakıda başlayan urbanistik islahatlar davam edir. Əvvəl velosiped yolları, daha sonra tarixi mərkəzi…

1 ay ago

Bakını belə etmək istəyirlər – Vyana şəhərində gəzinti

🇦🇹 Vyana müxtəlif reytinqlərdə ardıcıl olaraq dünyanən ən yaşamalı şəhəri adlandırılmışdır. Elə Bakının da baş…

1 ay ago

Gözəl və insan yönümlü şəhər necə olur? Praqada bir gün

Əgər insan yönümlü şəhərlərdən danışırıqsa, bu şəhərdən vloq mütləq olmalı idi. Çexiyanın paytaxtı Praqada dünyanın…

2 ay ago

This website uses cookies.