Küçələrin təhlili

Cənubun Cənubu: Lənkəran şəhərindən geniş reportaj

Azərbaycanın cənubunda yerləşən ən iri və eyni zamanda iqliminə görə ən rütubətli şəhəri olan Lənkəranın urbanistik təhlilini apardıq. Kifayət qədər məkanları gəzdik, eyni zamanda regionlar üçün qeyri-adi bir məkan – “Tor Coffee Shop”-a dəydik.

Digər regionlarda olan tipik problemlər, yəni piyadalar üçün uyğun olmayan səkilər və piyada keçidləri, düzgün layihələndirilməyən yolayrıcıları və digər məsələlər burada da rastımıza gəlsə də, buranın xüsusi atmosferi və autentikliyi var. Lənkəranın həm öz çayı var, həm də dənizə çıxışı. Bunların hamısı Lənkərana böyük potensialı verir. Bu şəhəri daha yaxşı etmək üçün nə etmək lazımdır? Bu video məhs bu mövzuya həsr olunub.

Qonaqlar: Nəqliyyat eksperti Rauf Ağamirzəyev, memar Dilqəm İsmayılov.

💡 Videonun daha geniş versiyası da hazırlanıb və eksklüziv olaraq Patronlarla paylaşılıb. Patreon-a “Layihə sponsoru” dərəcəsinə abunə olub, siz də izləyə bilərsiniz: patreon.com/city4people

Yazı ilə bağlı rəy bildirin:
Anar Aliyev

Recent Posts

Sürətlə yenilənən Bakı — COP29 şəhəri necə dəyişəcək?

Bu gün Bakıda heç vaxt görmədiyimiz miqyasda urbanistik islahatlar baş verir. Velozolaqlar salınır, küçələr piyadalaşdırılır,…

4 ay ago

Yeni zolaqlar, yeni cərimələr – velosiped yolları üçün planlar nədir?

Bakıda velosiped zolaqlarını təşkil etməyə davam edirlər. Bu zolaqlar hara qədər uzanacaq, hansı küçələri əhatə…

5 ay ago

Yaşıllıq və ağaclarla dolu tarixi şəhər – Sofiyada gəzinti

Zəngin tarixə malik Bolqarıstan paytaxtı Sofiya şəhərini gəzdim. Baxmayaraq ki, rəsmi rəqəmlərə görə Avropa Birliyinin…

5 ay ago

Cavanşir körpüsü söküldü – bu ərazi necə dəyişəcək?

Cavanşir körpüsü tarixə qovuşdu. Bəs bu ərazidə hansı yeni layihə daha uyğun olar? Bu haqda…

6 ay ago

Velosiped zolaqları var, amma səki yoxdur – Qusarda bir gün

Azərbaycanın şimal qapısı Qusar rayonu coğrafi olaraq Avropada yerləşir. Maraqlıdır ki, burada velosiped zolaqlarının salınmasın…

6 ay ago

Boz maqistraldan insan yönümlü küçəyə – “8 noyabr” necə dəyişəcək?

8 noyabr prospektində hazırda aktiv yenidənqurma işləri aparılır. Deyilənə görə, bura maqistral tipli prospektdən daha…

7 ay ago

This website uses cookies.