SİZ VƏ BİZ…
Əziz dostlar, oxucular və digər platoformalarda bizi izləyənlər. “İnsan yönümlü şəhərlər” layihəmizi üç ilə yaxındır aparırıq, city4people.az saytının isə bu yaxınlarda iki yaşı tamam oldu. Bu iki il ərzində məqalələrimizi ümumi olaraq 9500 unikal istifadəçi oxudu, Facebook-da auditoriyamız isə 12 mindən artıq oldu. İnternet miqyasında bu böyük rəqəmlər olmasa da, lakin onlar bizim üçün çox əhəmiyyətlidir.
Əminəm ki, oxucuların hər biri təhlükəsiz və hər kəsə rahat şəhərdə yaşamaq arzusundadır. Hərəkət sərbəstliyi bütün şəhər sakinləri və yol istifadəçiləri arasında ədalətli şəkildə paylandığı şəhərlərdə yaşamaq hər bir kəsin haqqıdır.
Son illər ərzində ölkəmizdə təhlükəsiz, ədalətli və müasir şəhər prinsiplərini anlayan insanların sayını artdığını müşahidə edib, çox sevinirik. Layihənin həmmüəllifi eyni zamanda, sosial şəbəkələrdə “İnsan yönümlü şəhərlər” səhifələrinin administratoru olaraq, bizdə dərc olunan məlumat və fikirləri, habelə paylaşdığımız müasir dünya təcrübəsini müvafiq dövlət qurumlarına çatdırılmasına dair mesajlar almışam. Layihəmiz sayəsində izləyicilər tərəfindən bu sahəni özü üçün tamamilə fərqli bir baxımdan kəşf etdikləri haqqında göndərilən mesajlar məndə böyük sevinc hissi yaradır. Adətən, bu məktublarda maariflənməni daha fəal şəkildə davam etdirmək və daha geniş auditoriyaya çatdırmaq xahişləri də səslənir.
İzləyicimiz tərəfindən alınan “feedback”-in sayəsində biz anlayırıq ki, düzgün yol seçmişik və elə tək Bakı şəhərində baş tutan bir sıra pozitiv dəyişikliklərdə bizim də töhfəmiz olmasına əminəm. Bilirəm ki, bizi müvafiq dövlət qurumları oxuyur və həmin müsbət dəyişikləri tətbiq edən əməkdaşlara təşəkkür edirəm. Məhz buna görə işimizi davam etdirmək üçün ilham və gücümüz var.
DAHA YAXŞI İDEYALARIMIZIN REALLAŞDIRMASINA DƏSTƏK VERİN
Gələn il bu istiqamətdə fəaliyyətimizi daha da aktiv şəkildə davam etdirmək niyyətindəyik, lakin bunun üçün yalnız insan və yaradıcılıq yatırımı kifayət deyil, bizim maddi dəstəyimizə ehtiyacımız olacaq.
Biz üzümüzə gələn 2021-ci ildə maarifləndirməni daha geniş və daha anlaşılan izahlı video formatında davam etdirmək istəyirik. Həmçinin, daha çox infoqrafika şəklində olan məzmun hazırlamağa ideyalarımız var. Xüsusilə də, bu işdə bizim maliyyə dəstəyinə ehtiyacımız var. Təbii ki, hazırda çoxların maddi vəziyyətini anlayıram, lakin hər bir ianə edilən məbləği maksimum dərəcədə effektiv istifadəsinə öz adımdan söz verirəm.
Bir sıra hesablamalar apardıqdan sonra, qərara gəldik ki, bir neçə maraqlı paylaşımları yeni formatda hazırlamaq üçün təqribi 1000 AZN vəsait toplamaq lazımdır. Buraya videoqrafların cəlb edilməsi, avadanlığın kirayəsi, montaj və dizayn işləri daxil olacaq. İmkanımız çatsa, digər regionlarımıza səfər edib, oradan reportajlar hazırlayacağıq. Saytımıza əlavə funksional yaratmaq kimi də bəzi planlar var.
Yenə də, əgər bir sıra obyektiv səbəblərə görə sözügedən məbləği toplaya bilməsək, biz motivasiyamızı itirməyib ianələri saytın texniki dəstəyinə və mümkün dərəcədə onun inkişafına xərcləyəcəyik.
İANƏ KAMPANİYASI
Simvolik olaraq, ianələrin yığım müddəti 2020-ci ilin sonuna qədər təyin edilib. Lakin bizə bu müddətdən sonra da “donate” edilən ianələr ümumi büdcəyə yönəldiləcəkdir. Hətta ianə edilmiş bir manatın belə layihəmizə xeyri olacaq 😉
Qeyd edim ki, bizə nisbətən böyük məbləğdə ianə etmək istəyən kommersiya qurumları ilə razılığa gəlib hər hansı bir tərəfdaşlıq edə bilərik, bunun üçün bizə info@city4people.az e-poçt ünvanına yaza bilərsiniz.
Biz dəstəyi bizimlə həmfikir olan, təhlükəsiz, sağlam və rahat şəhərdə yaşayan dostlarımızdan gözləyirik.
Əgər hazırda belə bir imkanınız yoxdursa, sadəcə bu postu paylaşmaqlar bizə dəstəyiniz göstərə bilərsiniz 👍
İanə etmək bir neçə üsul ilə mümkündür.
Yığılmış məbləğ üzrə ümumi proqress bu səhifədə yenilənəcək.
Əgər hazırda belə bir imkanınız yoxdursa, sadəcə bu postu paylaşmaqla bizə dəstəyinizi göstərə bilərsiniz 👍
Öncədən hər kəsə təşəkkür edirik!
Bu gün Bakıda heç vaxt görmədiyimiz miqyasda urbanistik islahatlar baş verir. Velozolaqlar salınır, küçələr piyadalaşdırılır,…
Bakıda velosiped zolaqlarını təşkil etməyə davam edirlər. Bu zolaqlar hara qədər uzanacaq, hansı küçələri əhatə…
Zəngin tarixə malik Bolqarıstan paytaxtı Sofiya şəhərini gəzdim. Baxmayaraq ki, rəsmi rəqəmlərə görə Avropa Birliyinin…
Cavanşir körpüsü tarixə qovuşdu. Bəs bu ərazidə hansı yeni layihə daha uyğun olar? Bu haqda…
Azərbaycanın şimal qapısı Qusar rayonu coğrafi olaraq Avropada yerləşir. Maraqlıdır ki, burada velosiped zolaqlarının salınmasın…
8 noyabr prospektində hazırda aktiv yenidənqurma işləri aparılır. Deyilənə görə, bura maqistral tipli prospektdən daha…
This website uses cookies.