Salam, bir başa məsələyə keçək. Azərbaycandakı bütün uşaq meydançaları düzgün tikilmir. Əlbəttə istisnalar olur amma bildiyimiz kimi istisnalar qaydaları pozmur. Nəzərə almaq lazımdırki ölkədəki abadlaşdırma işləri zamanı uşaq meydançalarına xüsusi diqqət ayrılmalıdır. Parklara, idman meydançalarına, yaşlılar üçün istirahət yerlərinə qənaət etmək olar. Amma uşaq meydançaları isə bir mənalı şəkildə hər məhəllədə olmalıdır. Gəlin baxaq bizim meydançalarımızda nə düzgün deyil.
Ümumiyyətlə uşaq meydançalarını 5 ünsürə görə qiymətləndirmək istərdim: təhlükəsizlik, rahatlıq, kreativlik, əlçatanlıq və dizayn. Bizdə ən yaxşı halda bir neçə dəmir parçasını məhəllənin ortasına qoyub, rəngarəng boyalarla rəngləyib, təhlükəsizlik üçün isə yerə rezin atıb işi bitmiş hesab edirlər. Hazırda isə bir çox uşaq meydançaları böyük ehtimal ilə uşaqlıqda travma almış böyüklər tərəfindən al əlvan rənglərlə dizayn edilir.
Həyətlərimizdə nəyi görməyə adət etmişik? Əksər hallarda Sovetlər dövründə tikilən hazırda isə zamanın və insanların təsirindən dağılan konstruksiyalar:
və ya möhür kimi hamısı bir-birinə oxşayan meydançalar:
Bəs niyə meydançalar bu şəkildə tikilir? Çünki hamı uşaqlar üçün qorxur. Ona görə də uşaq meydançaları uşaqları dünya aləmdən təcrid etməklə tikilir. İkinci isə bu meydançaları məhz böyüklər dizayn edir. Heç eşitmisizki bizdə nə vaxtsa bu meydançaların tikilişində uşaqların fikri soruşulsun?
Bu meydançaların tikən böyüklərin isə bir sıra standart fikirləri var. Məsələn onlar bilirki uşaqlar əlvan rəngləri sevirlər, onlara aktivlik lazımdır, onlar yelləncək və sürüşkənləri sevirlər. Amma bu istəklər böyüklərin fikrincə çox təhlükəlidir. Məhz buna görə uşaqlara, böyüklərin daim nəzarət edə biləcəyi, bağlı “qəfəs” lazımdır.
Hələ 70-ci illərdə UNESCO-un dəstəyi ilə uşaqlar arasında sorğu keçirildi. Sorğunun məqsədi uşaqların yaşadıqları və oynadıqları əraziləri qiymətləndirmək idi. Bu sorğu nəticəsində məlum olduki uşaqların xoşbəxtlik anlayışı böyüklərdən tamamilə fərqlənir. Beləki ən xoşbəxt uşaqlar sosial rifahı aşağı və kasıb olan məhəllələrdə böyüyür. Səbəb isə odurki bu cür məhəllələrdə uşaqlar özlərini daha sərbəst hiss edir və istədiklərini edə bilirlər. Uşaqlar sərbəst gəzmək və oynamaq, dostluq edəcəyi şəxsləri özləri seçmək, təbiətlə tanış olmaq və sosial həyatın tam hüquqlü iştirakçıları olmaq istəyir.
Azərbaycanda isə hər şey olduğu kimi bu da standartlaşdırılır.
Uşaq üçün oyun – dünyanı tanıma metodudur. Oyun vasitəsilə uşaq yaşamağı öyrənir. Balaca adam sərbəst olmağı, doğru qərarlar verməyi, risk etməyi, qələbə qazanmağı, məğlub olmağı, yıxılmağı, durmağı, söhbət etməyi və ən əsası “dünyanın necə işlədiyini” məhz uşaq meydançalarında həmyaşıdları ilə oynayaraq öyrənir.
Gəlin azərbaycan uşaq meydançalarına baxaq və bizim uşaqların orada nə öyrənəcəklərini nəzərdən keçirək.
Əgər sən əvvəlcədən bəlli bir ssenari üzrə qaçsan, qumda oynasan və heç kimə mane olmasan hər şey yaxşı olacaq: sən yıxılmayacaqsan, sən heç yerini sındırmayacaqsan. Həmçinin ətrafındakı hər şey mən-böyüyün istədiyi kimi “gözəl və doğru” olacaq.
Bu uşaq meydançasında oynamaq istəyən neçə uşaq ola bilərki?
Araşdırmalar nəticəsində məlum olubki bu tip oyun meydançaları uşaqların zəkasının, düşünmə qabiliyyətinin azalmasına, dünya düzəninin səhv anlamasına və təbiət qanunlarını bilməməyə gətirib çıxardır. Həmçinin risk etməyə icazə verilməyən uşaqlar bu tələblərini daha böyük yaşda mənasız risklər etməklə ödəyir. Uşaqlar üçün risk nədir? – İstənilən halda özünüqoruma mexanizmini inkişaf etdirmək üsuludur.
“Ana niyə məni bu oyun meydançasına gətirmisən?”
Böyüklərin özlərini təhlükəsizlik hiss etməsi üçün yaradılan meydançalarda uşaqlar öz real güclərini əks etdirə bilmir. Müasir uşaqlar, əvvəlki dövrə görə daha çox zədə alır. Səbəb isə odurki onlar fövqəlada halda özlərini necə aparmaq lazımdır bilmir, bilmirki yıxılanda hansı böyrü üstə düşmək lazımdırki daha az zərbə görəsən, təhlükəni “daxili gözü” ilə ayırd edə bilmir.
Gəlin baxaq bizim uşaqlar oyun zamanı nə görür. Onlar eyni tipli, onlara suyun, torpağın, otun (hətta otu belə onların əlindən alıb yerinə axmaq rezinlər veririk), daşın, ağacın nə olduğunu öyrətməyən bir meydança görür. Onlar təbiətin gündəlik həyatda nə olduğunu bilmir.
Diqqət edin və uşaqlığınıza nəzər salın: Biz ağır zədə alsaq belə, evə getməyib, oynamağa davam edirdik. İndiki uşaqlar isə adi cızıq ilə ağlayaraq valideynlərinin üstünə qaçır.
Təəssüfki biz artıq uşaqlarımızı bir fərd kimi böyütmürük, onlara seçim sərbəstliyi verimirik. Biz qərar vermək və seçim etmək qabiliyyəti olmayan insanlar böyüdürük.
Sivil ölkələrdə artıq bu problem çoxdan aradan qaldırılıb, onlar artıq uşaqların nə istədiklərini bilirlər. Uşaqların özlərini şəhərdə rahat hiss etmələri üçün proqramlar yazılıb və tətbiq olunur.
Gəlin indi doğru uşaq meydançasını necə tikilməlidir nəzərdən keçirək:
Bu yuxarıda sadalanan nüanslardan başqa uşaq meydançalarının tikilməsində daha bir neçə faktor rol oynayır:
Gəlin dünyadan bir neçə uşaq meydançası nümunəsi göstərək. Onların bizimkilərdən nə ilə fərqləndiyini dərhal hiss edəcəksiniz.
London:
Hamburq:
Valensiya:
Kopenhagen:
Amsterdam
Almaniya:
St. Loius, ABŞ
Tokio:
Danimarkanın “Monstrum” şirkətinin əl ilə hazırladığı uşaq meydançaları:
Qonşu Rusiya:
Əlbəttə standart meydançalar etmək asandır. Məmura görülən işin keyfiyyətinə yox, sayına görə “medal” verilir. Bəlkə artıq cibimizi yox, gələcəyimizi düşünməyin vaxtıdır?
Məqalədə varlamov.ru saytının materiallarından istifadə olunub.
Bu gün Bakıda heç vaxt görmədiyimiz miqyasda urbanistik islahatlar baş verir. Velozolaqlar salınır, küçələr piyadalaşdırılır,…
Bakıda velosiped zolaqlarını təşkil etməyə davam edirlər. Bu zolaqlar hara qədər uzanacaq, hansı küçələri əhatə…
Zəngin tarixə malik Bolqarıstan paytaxtı Sofiya şəhərini gəzdim. Baxmayaraq ki, rəsmi rəqəmlərə görə Avropa Birliyinin…
Cavanşir körpüsü tarixə qovuşdu. Bəs bu ərazidə hansı yeni layihə daha uyğun olar? Bu haqda…
Azərbaycanın şimal qapısı Qusar rayonu coğrafi olaraq Avropada yerləşir. Maraqlıdır ki, burada velosiped zolaqlarının salınmasın…
8 noyabr prospektində hazırda aktiv yenidənqurma işləri aparılır. Deyilənə görə, bura maqistral tipli prospektdən daha…
This website uses cookies.