Bu gün çox vacib bir problem haqqında danışacayıq – şəhərdəki palçıqlı yollar. Ölkəni tərk edən istənilən adam fikir veribki “dağılan Almaniyanın” və başqa inkişaf etmiş ölkələrin yolları təmiz və səliqəli, bizim yollarımız isə toz-torpaq və palçıqlıdır. Amerikada küçədə ayaqqabı ilə gəzənlər, evlərində də həmin ayaqqabı ilə gəzə bilərlər və ev bu zaman palçıq olmayacaq.
“Küçələrdəki palçıq hardan, necə yaranır?” sualı bir çox məmurları düşünməyə vadar edir. Halbuki cavabı çox sadədir:
1. Üstü açıq torpaq
Şəhərdəki palçığın birinci səbəbi – üstü açıq torpaqdır.
Burda qayda çox sadədir. Şəhərdə üstü açıq torpaq olmamalıdır.
Adi bir həyət nümunəsində fikrimi izah etməyə çalışım. İşçilər yeni əkilməyə hazır torpağı gətirir, köhnə torpağın üstünə tökür, qazonu əkir və onun yetişməsini gözləyirlər. Bəziləri isə sadəcə torpağı töküb gedir – fikirləşirlərki ot onsuzda özü-özünə bitəcək.
Ümumiyyətlə qazon əkməyin necə bir prosses olduğu barədə isə heç danışmıram. Onu əvvəlcə başqa yerdə əkmək və sonra rulon şəklində gətirib lazım olan yerə sərmək lazımdır.
Onu bir başa torpağada əkmək olar. Onunçun isə torpağı hazırlamaq lazımdır. Torpaq əvvəlcə daşlar və zir-zibillərdən təmizlənməlidir. Daha sonra xüsusi şlanqlar vasitəsi ilə su vurulur – suyun tərkibinə isə qazon toxumu, gübrə və sintetik liflər daxil edilir. Bunun nəticəsində torpaq xüsusi qatla örtülürki, qazon yetişənə qədər torpağı külək dağıda bilmir
Adətən bizim küçələrimizdə bizə qazon adı ilə “satdıqlarının” qazon ilə yaxından-uzaqdan əlaqəsi yoxdu. Sıx və kip qazonun yetişməsi üçün ona bir neçə il ardıcıl baxım lazımdır. Əks halda torpaq istənilən yağışdan sonra yuyulacaq və küçələri palçıq basacaq.
Əgər hər hansı bir səbəbdən harasa yeni torpaq tökülürsə onu üstünü mütləq bağlamaq lazımdır.
Deməli şəhərdəki bütün üstü açıq torpaqların üstünü bağladıq. Bəs sonra?
Düzgün qurulmayan infrastruktur.
Ən çox yayılmış nümunə düzgün salınmayan piyada cığırıdır. Bu isə insanların yolunu qısaltmasına və torpağı tapdalayıb keçməsinə gətirib çıxardır. Elmi olaraq təsdiq olunubki – insan daima ən qısa yolu seçir. Yola zibil tök, küçəyə hasar çək, lap ağzınla quş tut – xeyri olmayacaq. İNSAN DAİMA ƏN QISA YOLU SEÇƏCƏK! Bəs nə etməli? İnsanların ən çox istifadə etdiyi cığırları qanuniləşdirmək.
Məsələn aşağıdakı şəkildə əvvəlcə dairənin içində güllər və qazon var idi. İnsanlar onun ətrafından keçirdilər. Bir gün müvafiq İcra Hakimiyyətinin bu gülləri sulamaq üçün pulu qutardı və hamısı cürüyüb getdi. İnsanlar nə etdi? Bəli, artıq dairənin ətrafından yox, düz ortasından keçməyə başladılar. Nəticədə insanların istifadə etdiyi bu cığırı asfaltladılar.
Aşağıdakı nümunədə isə layihələndirmə səhvini hələ düzəltməyə tələsmirlər. Qazon artıb yoxdur, hamı torpağı tapdalayıb keçir amma hələdə torpağın üstü örtülmür
Təkcə cığırın harda və hansı istiqamətdə salınması yox, onun necə salınmasıda vacibdir. Bununda qaydası çox sadədir.
Səki daima qazondan hündürdə olmalıdır, yaxşı olarki hətta bordyursuz. Əks halda palçıq daima qazondan səkiyə tökülür, bordyur isə daima gölməçələrin yaranmasına kömək edir.
Düzgün olmayan variant
Hündür bordyur suyun qıraqlara axmasının qarşısını alır, bunun nəticəsində su səkini dağıdır. Su quruyandan sonra isə yolda toz qalırki, külək bu tozu bütün şəhərə yayır.
Daha bir düzgün olmayan variant
Bu dəfə isə su, torpaqla birlikdə səkiyə tökülür və bordyur vasitəsilə orda da qalır.
Təəssüfki Bakını bordyurlarsız təsəvvür etmək çox çətindir. Bordyurlu küçə isə belə olur:
Düzgün layihələndirilməyən küçənin həzin sonu – su zamanla öz işini görür. Bəli burada əvvəl asfalt var idi. Hazırda isə bura palçıq və tozun məskənidir
Daha bir mühəndis səhvi:
Bəs necə etmək lazımdır? Cavab çox sadədir. Bordyur daima küçə səviyyəsində olmalı və qazon səviyyəsindən isə hündür olmalıdır. Bu halda küçədəki bütün su və toz, qazona axacaq.
Bəs “onlarda” necədir? Əgər cığır düzgün layihələndirilibsə bütün torpaq qazonun altında qalır. Su axaraq qazona tökülür.
Plitə qazondan hündürdür, bordyur isə yoxdur:
Bütün səkilərin geniş miqyaslı yenidən qurulmasına imkan yoxdursa nə etmək lazımdır? İlk başda küçələrin qırağına suların axması üçün xüsusi kanallar çəkmək olar. Su bu halda səkiyə yox o kanala axacaq və azda olsa bəzi sürücülər üçün maşını qazonun içinə salmamaq üçün maneə olacaq.
Düzgün təşkil olunmayan parking
Əlbəttə düzgün təşkil olunmayan parkingə toxunmasaq olmaz. Maşınlar qazona daxil olur, onu məhv edir və daha sonra bütün palçığı şəhərə yayırlar.
Bəs necə olmalıdır? Hazırda şəhərin mərkəzində BNA bu işlə məşğul olur. Maşınlara fiziki olaraq səkilərə, qazonlara çıxmaq mümkün olmamalıdır. BNA mərkəzdəki səkilərə tumbalar basdıraraq bu işin öhdəsindən hələki gələ bilir. Ümid edirik tezliklə onlar ətraf qəsəbələrədə təşrif buyuracaqlar.
Su
Bəli, su – şəhər üçün böyük problemdir. Su hər şeyi dağıdır. Yollar, səkilər, qazonlar. Ona görə birinci məqsəd – suyu dərhal “yığışdırmaq” lazımdır. Bunun üçün çox müasir drenaj sistemi olmalıdır. Həmdə suyun təkcə səkilərdə yox, qazondanda qalmasının qarşısını almaq lazımdır. Bizdə fikirləşirlərki, “Torpaqdı daaaa, suyu onsuz çəkəcək özünə” – amma elə deyil.
Aşağıdakı şəkildə drenaj xəttinin olmamasından yaranan problemlər əks olunub. Bu şəkildə 3 səhv var. Təpənin ətəyində drenaj yoxdur, təpənin özü qazonla bərkidilməyib (üstü açıq torpaq var), drenaj xəttinin əvəzinə təpə, meydançadan bordyur ilə ayrılır. Bordyur isə öz növbəsində suyu meydançadan kənara axmağa qoymur və uşaqlar palçığın içində oynayır
Düzgün drenaj mənfəzi olan cığır
Və yaxud belə
Baxın hətta qazona belə mənfəz qoyulub
Bizdə niyə belə etmirlər? Pul yoxdu ya ağıl?
Zibil
Zibili yaddan çıxartmaq olmaz. Yetərincə zibil yeşiklərinin və zibil yığılan mərkəzlərin olmaması, zibilin küçələrdə uçmasına gətirib çıxardır
Zibillərin təmizlənmədiyini görən sakinlər isə onu hara gəldi atmağa başlayır
Əsas problem xırda zibil ilədir. Heç kim saqqızı və ya siqaret kötüyünü yerə atmaqda problem görmür. Əslində isə küçələrə bu tip zibillər üçün xüsusi külqabılar qoyulmalıdır. Bizdə isə yoxdur…
Zibil toplanma mərkəzlərinə xüsusi diqqət ayrılmalıdır
Yeşiklərin ağzı mütləq bağlı olmalıdırki nə iyi nə özü ətrafa yayılmasın
İdealda isə zibil çeşidləməsi aparılmalıdır. Bu həm ekologiyaya xeyirdir həmdə dövlət büdcəsinə
Təmizlik. Bura zibilxana deməyə belə adamın dili gəlmir.
Yuxarıda sadalanan xırda amma eyni zamanda vacib məqamlara əməl olunarsa, bizimdə bir gün təmiz şəhərimiz olar…
Məqalədə https://varlamov.ru saytının məlumatlarından istifadə olunub.
Bu gün Bakıda heç vaxt görmədiyimiz miqyasda urbanistik islahatlar baş verir. Velozolaqlar salınır, küçələr piyadalaşdırılır,…
Bakıda velosiped zolaqlarını təşkil etməyə davam edirlər. Bu zolaqlar hara qədər uzanacaq, hansı küçələri əhatə…
Zəngin tarixə malik Bolqarıstan paytaxtı Sofiya şəhərini gəzdim. Baxmayaraq ki, rəsmi rəqəmlərə görə Avropa Birliyinin…
Cavanşir körpüsü tarixə qovuşdu. Bəs bu ərazidə hansı yeni layihə daha uyğun olar? Bu haqda…
Azərbaycanın şimal qapısı Qusar rayonu coğrafi olaraq Avropada yerləşir. Maraqlıdır ki, burada velosiped zolaqlarının salınmasın…
8 noyabr prospektində hazırda aktiv yenidənqurma işləri aparılır. Deyilənə görə, bura maqistral tipli prospektdən daha…
This website uses cookies.