1920-ci ildən etibarən avtomobillər insanların A nöqtəsindən B nöqtəsinə səyahətini dəyişdirdi – uzun məsafələrə səyahət zamanı çətinliklər aradan qalxdı və yerini şəxsi, sürətli və rahat avtomobillərə verdi. Şəhərlər avtomobillər üçün uyğunlaşmağa başladı, yeni şəhərlər isə sırf avtomobillər üçün planlaşdırıldı
Avtomobillər və yol infrastrukturuna maliyyə yatırımı insanların şəhər mərkəzində uzaqda yaşamasına şərait yaradırdı. Nəticə olaraq isə şəhərlər böyüməyə başladı. Bununla yanaşı isə insanların avtomobillərdən aşırı asılılığı həm sağlamlığa həmdə ətraf mühitə ziyandır.
Statistikaya görə dünyada 1 milyarddan çox avtomobil var. Nəqliyyat sektorunun havaya buraxdığı CO2 qazının 70%-i şəxsi avtomobillərin payına düşür. Həmçinin uzun müddətli avtomobil istifadəsi piylənməyə və xroniki xəstəliklərə gətirib çıxardır. Bundan əlavə hər il yol qəzalarında 1.25 milyon adam dünyasını dəyişir
Müxtəlif ölkələr insanlar və ətraf mühit üçün avtomobildən istifadəni azaltmaq üçün fərqli yollardan istifadə edir.. Əlbəttəki insanların təfəkküründə bu dəyişikliyi etmək üçün 10 illər lazımdır. Bütün şəhərlərə tətbiq olunacaq vahid bir qayda yoxdur amma bəzi üsullar varki onlardan istifadə etməklə insanlar avtomobildən istifadəni azalda bilər və şəhər piyadaların ixtiyarına verilə bilər.
1. Avtomobilsiz və ya pullu zonaların təşkili
Bu üsuldan dünyanın bir çox ölkələri istifadə edir. Məsələn Kopenhagen və Brussel kimi şəhərlərdə şəhərin mərkəzinə maşınla giriş tamamilə qadağandır. Başqa ölkələrdə qadağalar bu qədər sərt deyil: Məsələn Madriddə şəhərin mərkəzinə ancaq orda yaşayan sakinlər daxil ola bilər. Londonun mərkəzinə giriş pik vaxtı və ətrafı daha çox çirkləndirən avtomobillər üçün isə pulludur.
2. İctimayi nəqliyyatı alternativ variant kimi təqdim etmək
Şəhər ətrafı kənd və qəsəbələrdə yaşayan insanlar avtomobildən istifadənin məhdudlaşdırılmasını neqativ qarşılaya bilər. Neqativi, pozitivə çevirməyin ən sadə yolu həmin insanlara rahat, dəqiq və təhlükəsiz ictimai nəqliyyat təqdim etməkdir.
İctimai nəqliyyata yatırılan investesiyalar uzun müddətli perkspektivdə öz pulunu artıqlaması ilə çıxardır. İctimai nəqliyyatın vacibliyi barədə daha öncə danışmışdıq
3.Şəhərin yenidən qurulması
Avtomobildən istifadənin azaldılması şəhərlərin planlarının yenilənməsinə gətirib çıxardır. Başlıca olaraq avtomobilsiz şəhər daha sıx, yaşıl və biznes yerlərinin çoxluğu ilə seçilir. İnsanlara iş, əyləncə və istirahət yerlərinə yaxın yaşamağa icazə vermək lazımdır.
Kopenhagen, Amsterdam, Utrext kimi şəhərlər artıq bu yol ilə gedir. Artıq onlar maşın yolu əvəzinə demək olarki velo yollar çəkir və onlardan daha çox istifadə edirlər.
Müasir şəhərlərin əsas məqsədi maşınlar yox insanlar olmalıdır. Təəssüfki Bakı hələ də avtomobil yönlü şəhərdir. Amma çox xırda da olsa ümid yerimiz var.
Bu gün Bakıda heç vaxt görmədiyimiz miqyasda urbanistik islahatlar baş verir. Velozolaqlar salınır, küçələr piyadalaşdırılır,…
Bakıda velosiped zolaqlarını təşkil etməyə davam edirlər. Bu zolaqlar hara qədər uzanacaq, hansı küçələri əhatə…
Zəngin tarixə malik Bolqarıstan paytaxtı Sofiya şəhərini gəzdim. Baxmayaraq ki, rəsmi rəqəmlərə görə Avropa Birliyinin…
Cavanşir körpüsü tarixə qovuşdu. Bəs bu ərazidə hansı yeni layihə daha uyğun olar? Bu haqda…
Azərbaycanın şimal qapısı Qusar rayonu coğrafi olaraq Avropada yerləşir. Maraqlıdır ki, burada velosiped zolaqlarının salınmasın…
8 noyabr prospektində hazırda aktiv yenidənqurma işləri aparılır. Deyilənə görə, bura maqistral tipli prospektdən daha…
This website uses cookies.