Bakı şəhərində yaxın zamanda bir neçə yeni avtobus zolaqlarının salınması və onların gələcəyi haqqında ətraflı məqalə yazmışdım. Elə həmin məqalədə digər şəhərlərin nümunələri də öz əksini tapıb.
Bu gün isə bizdə tətbiq edilə biləcək Moskva şəhərinin təcrübəsini paylaşmaq istəyirəm. Tək ona görə yox ki, Moskva Bakı kimi bir post-sovet ölkəsinin paytaxtıdır. 2010-cu ildə Moskvaya seçilən yeni mer (icra başçısı) Sergey Sobyanin ictimai nəqliyyat sahəsində bir sıra uğurlu layihələr həyata keçirməyə başladı. O cümlədən Moskvada ayrılmış avtobus zolaqlarının uzunluğu 400 kilometrə çatdırıldı. Lakin, Rusiyanın paytaxtında bu zolaqları təşkil edərkən bəzi problemlərlə rastlaşdılar, gəlin, baxaq hansılardı, çıxış yolları nədir və Bakı Moskvadan nəyi öyrənə bilər.
AVTOBUS ZOLAQLARI VƏ KƏSİŞMƏLƏR
Bakıda ilk avtobus zolaqlardan biri Yusif Səfərov küçəsində təşkil olundu. Bu küçədəki ayrılmış zolağının əsas çatışmazlığı yol boyunca bir çox kəsişmələrin olmasıdır. 1 km avtobus zolağına 6 döngə düşür. Bu döngələrdə giriş və çıxışı təmin etmək üçün maşınlara avtobus zolağına daxil olmağa icazə verilib və xüsusi nişanlanma tətbiq edilib.
Zolaqları təşkil edən Bakı Nəqliyyat Agentliyi özü də məhz bu qaydaya uyğun hərəkət etmək tövsiyə edir.
Şəkildə nə qədər səliqəli görsənsə də, nəticə heç də ürək açan deyil. Sürücülər bu giriş-çıxış zonalardan istifadə edərək avtobus zolağında tez-tez daxil olurlar. Bura ciddi nəzarətin olmamasını əlavə etsək, avtobus zolağının effektivliyi sıfıra düşür.
Çıxış yollarından birini Moskvada tapıblar. Yeni salınan bütün avtobus zolaqlarında kəsişmələrdə giriş-çıxışı avtobus zolaqlarından deyil, birbaşa hərəkət zolağından, yəni ikinci cərgədən təşkil ediblər. Bu cür:
Göründüyü kimi, artıq döngələrdə sürücülərə avtobus zolağına daxil olmaq lazım deyil. Bu, ayrılmış zolağı mümkün qədər boş saxlamağa imkan verir:
DAHA EFFEKTİV NİŞANLANMA
Daha bir yenilik – asfaltda xüsusi “bufer zonası”nın nişanlanması. Bir tərəfdən bu sürücülərin diqqətini daha çox cəlb edir, eyni zamanda təcili hallarda digər hərəkət zolaqlarına çıxmadan maneələri ötməyə imkan verir.
Hüquqi cəhətdən bu cür nişanlanma qanuna zidd deyil, bu sadəcə əlavə təhlükəsizlik adacığı kimi qiymətləndirə bilər.
Onu da qeyd etmək lazımdır ki, Moskvada avtobus zolaqlarına nəzarət də ciddidir. Cərimənin məbləği isə Azərbaycandan daha yüksəkdir – 3000 rubl – 70 AZN (bizdə 40 AZN).
İşlək və effektiv avtobus zolaqları yaxşı ictimai nəqliyyatın əsas göstəricilərindən biridir. Yaxşı ictimai nəqliyyat fasiləsiz və gecikməsiz hərəkət etməlidir. Əgər avtobuslar saatlarla tıxaclarda qalacaqsa onlar heç vaxt insanları eyni tıxaclarda ilişən sürücüləri cəlb etməyəcək, nə qədər yeni, müasir və komfortlu olsa da.
Düzdür, Bakıda mövcud olan avtobus zolaqlarında yuxarıda qeyd olunan təcrübəni dərhal tətbiq etmək mümkün deyil (küçə yenidən nişanlanmalıdır), lakin planda olan bütün yeni avtobus zolaqlarını Moskvadan örnək götürərək daha effektiv etmək mümkündür. Ümid edirəm, BNA təklifimizi nəzərə alacaq.
Bu gün Bakıda heç vaxt görmədiyimiz miqyasda urbanistik islahatlar baş verir. Velozolaqlar salınır, küçələr piyadalaşdırılır,…
Bakıda velosiped zolaqlarını təşkil etməyə davam edirlər. Bu zolaqlar hara qədər uzanacaq, hansı küçələri əhatə…
Zəngin tarixə malik Bolqarıstan paytaxtı Sofiya şəhərini gəzdim. Baxmayaraq ki, rəsmi rəqəmlərə görə Avropa Birliyinin…
Cavanşir körpüsü tarixə qovuşdu. Bəs bu ərazidə hansı yeni layihə daha uyğun olar? Bu haqda…
Azərbaycanın şimal qapısı Qusar rayonu coğrafi olaraq Avropada yerləşir. Maraqlıdır ki, burada velosiped zolaqlarının salınmasın…
8 noyabr prospektində hazırda aktiv yenidənqurma işləri aparılır. Deyilənə görə, bura maqistral tipli prospektdən daha…
This website uses cookies.