Bakı şəhərinin nəqliyyat problemlərinin bəlkə də ən ciddisi Müntəzəm Avtobus Sərnişindaşıması ilə əlaqəlidir. Problemin kökündə məhz sistem və təşkilatı məsəllərdir. Bu yazıda qısa şəkildə problemləri və lazımı sistem islahatlarından söhbət gedəcək.
Müntəzəm Avtobus Sərnişindaşımasında son dəyişikliklər
· Bakı şəhərində nəqliyyat sahəsində islahatların surətlədiriliməsi məqsədiylə 2015-ci ilin sonunda Bakı Nəqliyyat Agentliyi yaradıldı və fəaliyyətə başladı;
· Agentlik və beynəlxalq ekspertlər tərəfindən Vahid Nəqliyyat Konsepsiyası hazırlanır;
· 2015-ci ildə yüksək xidmət səviyyəsi ilə seçilən «Baku Bus» MMC müntəzəm sərnişindaşıma fəaliyyətinə başladı və hal-hazırda 11 şəhərdaxili marşrutla sərnişinlərə xidmət göstərir;
· Bakı şəhərində «Bakı Kart» vahid nağdsız ödəniş sistemi tətbiq edilib.
Əsas problemlər
· Hal-hazırda Bakı şəhərində avtobus marşrut şəbəkəsi optimal deyil;
· Sərnişindaşıma şirkətləri ilə qüvvədə olan müqavilə sistemi şəhər nəqliyyatının inkişafına və xidmət səviyyəsinin artmasına şərait yaratmır;
· Bir çox halda sərnişindaşımanın xidmət səviyyəsi və təhlükəsizliyi olduqca aşağı səviyyədədir;
· Əksər hallarda gediş haqları nağd şəkildə yığılır;
· Avtobus infrastrukturu (xüsusi zolaqlar, sərnişin məlumatlandırma sistemi, naviqasiya sistemi) mövcud deyil və ya işləmir.
Təklif edilən strateji dəyişikliklər
Bakı şəhərində müasir avtobus sərnişindaşımasının təşkili üçün aşağıdakı strateji dəyişikliklər təklif edilir:
- Marşrut şəbəkəsi yeni yanaşma tətbiq edilərək optimallaşdırılmalıdır;
- Sərnişindaşıma şırkətləri ilə bağlanan müqavilə sistemi daha müasir və proqressiv «Xidmət müqaviləsi» sistemi ilə əvəzlənməlidir;
- Xidmət səviyyəsinə və təhlükəsizliyə dair yeni standartlar tətbiq edilməlidir;
- Bütün gediş haqlarının ödənişləri vahid nağdsız ödəniş sistemi ilə həyata keçirilməlidir;
- Yeni yaradılacaq marşrutlara, yeni müqavilə və standartlar sistemi tətbiq olunaraq açıq tender vasitəsi ilə sərnişindaşıma şırkətləri cəlb edilməlidir;
- Sərnişindaşıma sektoruna xarici investisiyaların cəlb edilməsinə diqqət yetirilməlidir;
- Şəhərdə müasir avtobus infrastrukturu qurulmalıdır.
Beləliklə BNA və daşıyıcılar arasında vəzifə və məsuliyyət bölgüsü aşağıdaki kimi olmalıdır:
Avtobus marşrut şəbəkəsinin dəyişilməsi
Hal-hazırda şəhər marşrutları Birbaşa sistemlə təşkil olunub və bir birini təkrarlayan marşrutlar çoxdur Bu yanaşma xidmət səviyyəsini və marşrut tezliyini aşağı salır.
Şəhərin marşrut şəbəkəsi Birləşdirici Magistral və Fider marşrut şəbəkəsi ilə əvəz edilməlidir. Marşrutlar Nəqliyyat Mübadilə mərkəzləri vasitəsilə birləşdirilir. Bu əhali üçün daha keyfiyyətli xidmət təmin edə bilər.
Birbaşa marşrut şəbəsəsi
• Hal-hazırda Bakı şəhərində əksər marşrutlar birbaşa sistemlə təşkil edilib və onların xidmət keyfiyyəti aşağı səviyyədədir;
• Bir çox marşrutlar bir birini təkrarlayır və bu marşrutlar və hətta sürücülər arasında arzuolunmayan rəqabətə gətirib çıxarır;
• Birbaşa marşrut şəbəkəsi optimal və keyfiyyətli sərnişindaşıma xidmətini təmin edə bilməz.
Magistral və Fider şəbəsəsi
• Magistral və Fider şəbəkəsi daha yüksək keyfiyyət və tezlik təmin edə bilir;
• Bu yanaşma marşrutların sayını azaltmağa imkan yaradı;
• Marşrutlar arasında rəqabəti aradan götürür.
• Sərnişin sayının artması və gediş haqqı gəlirlərinin artmasına şərait yaradır.
Kücə-yol şəbəkəsinin təşkilinin ictimai nəqliyyata təsiri
Bakı şəhərində bəzi küçə və prospektlərin istiqamətlərinin birtərəfli olması avtobus marşrutlarının planlaşdırılmasında çətinliklər yaradır. Avtobusların gediş və gəliş marşrutlarının fərqli küçələrdən keçməsi ictimai nəqliyyatdan istifadəni sərnişinlər üçün narahat edir və ictimai nəqliyyatın cəlbediciliyini azaldır.
Sərnişindaşıma müqavilələrinin növləri
Hal-hazırda dünya təcrübəsində avtobus sərnişindaşımasının tənzimlənməsi sahəsində bir necə yanaşma mövcuddur.
Xidmət müqaviləsinin növləri
Bakı şəhərində avtobus sərnişindaşımasının keyfiyyətinin artırmaq üçün bu sahənin tənzimlənməsində dəyişikliyə ehtiyac yaranmışdır. Bakı Nəqliyyat Agentliyinin sərnişindaşıma şirkətləri ilə Xidmət Müqavilələrinə keçidi arzu olunandır.
Xidmət Müqavilələrin bir necə növü mövcuddur:
«Xidmət haqqı» metodunun Bakı şəhərində tətbiqi
Sərnişindaşımada subsidiya tələb olunurmu?
Dünya təcrübəsi göstərir ki, keyfiyyətli şəhər sərnişindaşıma xidməti ancaq gediş haqları hesabına ilə maliyyələşə bilmir. Dövlət və ya şəhərlər sərnişindaşımaya subsidiya ödəməklə əhalinin mobilliyini təmin edir, bu isə öz növbəsində iqtisadi nöqteyi-nəzərdən özünü tam doğruldur.İri şəhərlərin nəqliyyat agentlikləri subsidiyalar üçün lazım olan vəsaitləri ancaq dövlət/şəhər büdcəsindən deyil digər mənbələrdən də əldə edir. Bu mənbələr ödənişli parkinq, taksi icazə haqları, yerli nəqliyyat vergiləri və sair ola bilər.
Xidmət haqqı» metodu ilə maliyyələşmə nəyə görə Bakı şəhərində tətbiq olunmalıdır?
Hal-hazırda Bakı şəhərində gediş haqqı tarifləri aşağıdır və gediş haqqı gəlirləri keyfiyyətli xidmət səviyyəsini təmin edə bilməz. «Xidmət haqqı» metodu həm daşıyıcının həm də nəqliyyat agentliyinin maraqlarını təmin edir, və nəzarət alətlərinin effektiv işləməsinə zəmin yaradır.Sərnişindaşıma biznesinin rentabelliyini artırır, çünki xidmət haqqının hesablanmasında əməliyyat xərcləri, çəkilmiş investisiyalar və rentabellik norması nəzərə alınır. Bu metodun tətbiqi sərnişindaşıma sektoruna investisiyaların cəlb edilməsinə səbəb ola bilər. Bundan əlavə bu sektora şəhər sərnişindaşıması ilə məşğul olan beynəlxalq şirkətlər cəlb oluna bilər (məs: Arriva, Transdev, Comfort Delgro, RATP Dev, FirstGroup, Keolis və sair).