Müasir təcrübəyə arxalanan nəqliyyat siyasəti: 3-cü hissə

Piyadalar üçün əlçatan mühit
Bugünkü mövzu olduqca vacibdir. Piyadalar üçün adekvat infrastruktur olmadan şəhər öz nəqliyyat funksiyasını sivil şəkildə həyata keçirə bilməz. Məsələn şəhərdə ictimai nəqliyyat müasir və keyfiyyətli olsa da, sərnişin evindən dayanacağa normal şəkildə gəlib çata bilmirsə, həmin ictimai nəqliyyatın səmərəliyi sıfıra yaxın olacaq.
Artıq bildiyiniz kimi, müasir təcrübəyə arxalanan şəhər nəqliyyatın uyğun olaraq şəhərdə ən əsas prioritet piyadalara verilməlidir. Bu yanaşmanı aşağıdaki kimi  təsvir etmək olar:

 

 

Hal-hazırda Bakı şəhərinin piyada infrastrukturunda böyük problemlər var. Əgər şəhərin mərkəzi hissələrində vəziyyət o qədər də acınacaqlı deyilsə, şəhərətrafı ərazilərdə vəziyyət əsl mənada acınacaqlıdır.
Əsas problemlər aşağıdakılardır:
Hal-hazırda Bakı şəhərində piyadalar üçün adekvat mühit yaradılmayıb;
Piyadalar gəzmək üçün yararsız səkilər, yüksək baryerlər,  səkilərdə parklanmış avtomobillər və pilləkənləri qalxıb-düşmək məcburiyyəti ilə qarşılaşırlar;
Bəzi piyada keçidləri təhlükəli və düşünülməmiş şəkildə yerləşdirilib;
Hazırki şərait yaşlılar, əlillər və uşaq arabası ilə hərəkət edən piyadalar üçün xüsusın narahatdır.
Bakıda şəhərinin hətta mərkəzində səkidə avtomobillərin dayanması adi hal kimi qəbul olunur.
Digər problem piyada keçidlərinə aiddir, vəziyyət bu sahədə də acınacaqlıdır.
Məsələn gördüyünüz şəkillərdə Buzovna-Bilgəh avtomobil yoludur. Bu yolda sürət məhdudiyyəti saatda 120 km/s-dır və bu sözün əsl mənasında trasdır. Yolun hər iki tərəfində şəxsi evlər və  avtobus dayanacaqları var.  Amma buna baxmayaraq bu yolda 5-km yaxın məsafədə bir dənə də olsun piyada keçidi yoxdur. Bu yerli əhalinin gediş gəlişinə böyük təhlükə deməkdir.
Və ya Heydər Əliyev prospektində yerləşən Nəqliyyatın Intellektual İdarəetmə Mərkəzinin və   Daşınmaz Əmlakın Kadastrı və Texniki İnventarlaşdırma Mərkəzi  inzibati binalarının yaxınlığındaki ərazidə prospektin hər iki tərəfində avtobus dayanacaqları var, amma prospektin qarşı tərəfinə keçmək üçün heç bir piyada keçidi yoxdur, ən yaxın keçid Şəfa stadionu tərəfdədir  bu da 800 metr məsafə edir.
Bir çox yerdə piyada zolaqları səhv yerləşdirilib. Nümunələr həddindən artıq çoxdur. Məsələn belə.
Bundan əlavə Bakıda həddən çox nizamlanmayan piyada keçidlərin var. Hətta 5-6 hərəkət zolaqlarının üzərindən nizamlanmayan piyada keçidi təşkil olunur. Məsələn bu cür.
Bəzi küçələrdə səki ümumiyyətlə yoxdur.
Hətta yeni layihələrdə piyada prioriteti güdülmür. Yol ayrıclarında təşkil edilən  «П» tipli keçidlər potensial olaraq təhlükə mənbəyidir. İnsan təbii olaraq tənbəl bir məxluq olduğundan həmişə daha qısa yol axtarır  və qaydaları pozur.
Yeraltı və yerüstü keçidlər həmçinin piyadalara narahatlıq gətirən amillərdəndir.
Şəhərin içində ümimiyyətlə yeraltı yerüstü piyada keçidləri olmamalıdır. Onlar vəziyyəti yaxşılaşdırmır, əksinə pisləşdirir.  Daha ətraflı burada.

 

Zəruri addımlar:
Bakı şəhərinin piyada infrastrukturuna yanaşması əhəmiyyətli dərəcədə dəyişməlidir;
  Şəhərin əksər yerlərində enli və rahat səkilər, baryersiz mühit, təhlükəsiz keçidlər yaradılmalıdır;
Avtomobillərin səkilərə daxil olması xüsusi dirəklər vasitəsi ilə məhdudlaşdırılmalıdır;
Piyada keçidlərinin yerləşdirilməsi və layihələndirilməsinə əlavə diqqət yetirilməlidir;

 

Bəzi küçələrdə hərəkətin sakitləşməsi dair tədbirlər görünməlidir.

 

Yazı ilə bağlı rəy bildirin:
Huseyn Abdullayev

Recent Posts

Möhtəşəm tarix, əzəmətli binalar və zəif nəqliyyat – Gəncədə bir gün

Gəncə - ərazisinə görə Azərbaycanın ikinci şəhəridir. Bir müddət ölkənin paytaxtı da olub. Gəncədə çoxlu…

2 həftə ago

Bakıya oxşar şəhər bizi necə qabaqladı? Bratislavada gəzinti

Keçmişdə tipik sosialistik bir şəhər olan Bratislava bu gün sürətlə Avropanın müasir urbanistik həllərini tətbiq…

1 ay ago

Qarabağ şəhərlərini bu cür bərpa edək? Vyananın yeni rayonları

Vyanada olarklən, bu şəhərin yeni yaşayış massivləri haqqında da vloq hazırladım. Əsas məqsəd - buranı…

1 ay ago

Urbanistik islahatlar başladı: Mərkəzi küçələr necə dəyişəcək?

İlin əvvəlində Bakıda başlayan urbanistik islahatlar davam edir. Əvvəl velosiped yolları, daha sonra tarixi mərkəzi…

1 ay ago

Bakını belə etmək istəyirlər – Vyana şəhərində gəzinti

🇦🇹 Vyana müxtəlif reytinqlərdə ardıcıl olaraq dünyanən ən yaşamalı şəhəri adlandırılmışdır. Elə Bakının da baş…

2 ay ago

Gözəl və insan yönümlü şəhər necə olur? Praqada bir gün

Əgər insan yönümlü şəhərlərdən danışırıqsa, bu şəhərdən vloq mütləq olmalı idi. Çexiyanın paytaxtı Praqada dünyanın…

2 ay ago

This website uses cookies.