Categories: İctimai nəqliyyat

BakuBus-un maliyyə hesabatları bizə nə danışır?

 

Bu yaxınlarda BakuBus MMC 2016-ci il üçün öz maliyyə hesabatlarını dərc etdi.  Hesabatda çoxlu maraqlı məlumatlar var və bu gün mən onları sizin üçün təhlil edəcəyəm. Bir çox xəbər saytları yığılmış maliyyə zərərini (151 milyon manat) yüksək olduğunu görüb sensasiya yaramaq istədilər, lakin bu hadisənin əsasən manatın devalivasiyası nəticəsində  (xarici valyuta ilə alınmış kreditlərin manat dəyərinin dəyişməsi) baş verməsini heç kim başa salmaq istəmədi.
Şirkət hansı investisiyalar hesabına yaranıb?
BakuBus MMC sərnişindaşıma fəaliyyətinə 2015-ci il başlamışdır. Şirkət 100% dövlət mülkiyyətindədir və onun quruluşu üçün dövlət tərəfindən 30 milyon manat nizamnamə kapitalına yönəldirilmişdir (2016-cı ildə 11 milyonunu geri almışdır).
Bundan əlavə avtobusların alınması üçün və depoların inşası üçün Fransanın Societe General bankından ümumilikdə 134 milyon AVRO məbləğində kredit cəlb edilmişdir. Kreditlər olduqca aşağı dərəcə ilə (Eurobor+ 0.7%, hazırda 1%-dən aşağı) götürülüb və 2021-ci ilə qədər ödənilməlidir. Hazırda bu kreditlər üzrə qalıq 177 milyon manattəşkil edir.
Şirkət özü bu kreditlərə xidmət etmək iqtidarında deyil, onun yerinə ödənişləri dövlət edir. 2015 və 2016-cı illərdə Maliyyə Nazirliyi BakuBus şirkətinin yerinə 56 milyon manat  məbləğində kredit ödənişlərini həyata keçirib. Bundan əlavə, dövlət son iki il ərzində şirkətə əlavə 41 milyon manat kapital qoyuluşu etmişdir.
Hazırda şirkətin avtobus parkının qalıq dəyəri 164 milyon manat (2015-ci ildə 180 milyon manat) təşkil edir. Digər əmlakin dəyəri isə 48 milyon manatdır.
Şirkətin gəlirləri və xərcləri
2016-cı il ərzində BakuBus MMC-nin gəlirləri 12 milyon manat təşkil etmişdir, bunun 97%-i gediş haqqı gəlirləri təşkil etmişdir.
Dolayısı ilə bu deməkdir ki, şirkət 2016-cı ildə təxminən 61 milyon sərnişindaşımışdır, müqayisə üçün bütün Bakı Metropoliteni ildə 220 milyon sərnişin daşıyır.
Şirkətin əməliyyat xərcləri sərnişindaşıma və inzibati xərclərdən ibarətdir. 2016-cı ildə onlar aşağıdaki kimi olub:
Göründüyü kimi xərclərin ən böyük hissəsini köhnəlmə(amortizasiya) xərcləri təşkil edir, ümumilikdə 17.6 milyon manat.
Digər xərc manatın dəyərdəndüşməsi nəticəsində baş verib, avro ilə alınmış kreditlərin manat dəyəri 2015-2016-cı illərdə şirkətə ümumilikdə 100 milyon manatdan çox zərər vurub. Kreditlər üzrə faiz xərcləri isə 2.5 milyon təşkil edir. Beləliklə 2016-cı ilin maliyyə nəticələri belədir:
Lakın əlavə olaraq EBİTDA (Earnings before interest, taxes, depreciation and amortization) adlanan bir göstəriciyə nəzər salmaq vacibdir. Bu göstərici vergilər, köhnəlmə, faiz və qeyri-nağd maliyyə xərclərindən əvvəlki mənfəət və ya zərərdir, yəni biznesin aparılması üçün ancaq real xərcləri nəzərə alır.
Bir sərnişinin daşınması üçün əməliyyat xərci
Nəzərə alsaq ki, şirkət dövlətə məxsusdur və onun kreditlərinə dövlət büdcəsindən xidmət olunur  bir sərnişinin daşınması üçün əməliyyat xərcini hesablayanda köhnəlməni hesablamaq düzgün olmazdı, çünki cəmiyyət artıq dövlət büdcəsi vasitəsi ilə bu xərci ödəyir.
Beləliklə sadə hesablamalar nəticəsində şirkətin real əməliyyat xərcləri 15.2 milyon manat təşkil edir, bu məbləği daha əvvəl tapdığımız 61 milyon sərnişinəböləndə 25 qəpik alınır, yəni cari tarifdən 5 qəpik çox. Yeri gəlmişkən bu defisiti bərpa etmək üçün dövlət BakuBus-a 2 milyon manat subsidiya ödəmişdir.

 

Yazı ilə bağlı rəy bildirin:
Huseyn Abdullayev

Recent Posts

Sürətlə yenilənən Bakı — COP29 şəhəri necə dəyişəcək?

Bu gün Bakıda heç vaxt görmədiyimiz miqyasda urbanistik islahatlar baş verir. Velozolaqlar salınır, küçələr piyadalaşdırılır,…

4 ay ago

Yeni zolaqlar, yeni cərimələr – velosiped yolları üçün planlar nədir?

Bakıda velosiped zolaqlarını təşkil etməyə davam edirlər. Bu zolaqlar hara qədər uzanacaq, hansı küçələri əhatə…

5 ay ago

Yaşıllıq və ağaclarla dolu tarixi şəhər – Sofiyada gəzinti

Zəngin tarixə malik Bolqarıstan paytaxtı Sofiya şəhərini gəzdim. Baxmayaraq ki, rəsmi rəqəmlərə görə Avropa Birliyinin…

5 ay ago

Cavanşir körpüsü söküldü – bu ərazi necə dəyişəcək?

Cavanşir körpüsü tarixə qovuşdu. Bəs bu ərazidə hansı yeni layihə daha uyğun olar? Bu haqda…

6 ay ago

Velosiped zolaqları var, amma səki yoxdur – Qusarda bir gün

Azərbaycanın şimal qapısı Qusar rayonu coğrafi olaraq Avropada yerləşir. Maraqlıdır ki, burada velosiped zolaqlarının salınmasın…

6 ay ago

Boz maqistraldan insan yönümlü küçəyə – “8 noyabr” necə dəyişəcək?

8 noyabr prospektində hazırda aktiv yenidənqurma işləri aparılır. Deyilənə görə, bura maqistral tipli prospektdən daha…

7 ay ago

This website uses cookies.