Categories: İctimai nəqliyyat

Avtovağzal nəqliyyat qovşağı

Avtovağzal Bakı şəhərinin nəqliyyat sistemində çox vacib rol oynayır. Burada şəhərin yeganə avtobus stansiyasıdır, stansiyadan həm beynəlxalq həm də ölkədaxili avtobus marşrutları yola çıxır. Bundan əlavə bu ərazidə metronin bənövşəyi xəttinin son stansiyası yerləşir və 10 şəhərətrafı və 8 şəhərdaxili avtobus marşrutunun son dayacağıdır, bir neçə yerli marşrut üçün isə bura aralıq dayacaqdır. Avtovağzalın yanında yerləşən terminal avtobus dayanacağı Abşeron rayonunun bir neçə qəsəbə və kəndlərini Bakı şəhəri ilə birləşdirir. Bakı Nəqliyyat Agenliyi burada Nəqliyyatın Mübadilə Mərkəzi təşkil etmək isyəyir, halbuki, faktiki olara bu mərkəz var.
Gəlin bu əraziyə nəzər yetirək. Metro çıxışının ətrafinda xüsusi planformalar var, lakin orada avtobuslar deyil taksilər və şəxsi maşınlar dayanıb, bu deməkdir ki, burada taksilərə və şəxsi avtimobillərə nəzarət yoxdur və ya çox zəifdir.

 

Avtobusar, insanlar, minik maşınları: hamısı bir birinə qarışıb
Şəhərətrafı və şəhərdaxili maştutlar bir birinə qarışıb.
Terminalın arxasında böyük bir ərazi var, orada bir neçə avtobus dayanır.
Sumqayıt avtobusları avtovağzal binasının yaxınlığında dayanırlar. Onlar niyə ayrıca dayanırlar aydın deyil, məntiqlə dıgər şəhərkənarı avtuslarla durmalı idilər.

 

Maraqlı məqam odur ki, avtobus terminalından avtovağzal binasına piyada getmək üçün heç bir şarait yoxdur. Layıhəyə görə avtovağzal binasına getmək üçün metronun yeraltı keçidləri ilə getmək lazımdır. Təbii ki bunu heç kim etmir, hamı səkisiz, piyada keçidsiz şəkildə gedir.
Avtobus terminalını və avtovağzalın əsas binasını geniş yol ayırır, piyadaların bu yolu keçəməsi nəzərdə tutulmur.

 

Buradan bir neçə yerli avtobus marşrutu da keçir, lakin normal dayanacaq yoxdur.

Xaos
Ən gülməli bir hal: avtovağzal binasına piyada gəlib çıxmaq olmur. Səki yoxdur, hər yerdə parklanma meydançalarıdır. Bu da bizim Beynəlxalq avtovağzaldır.
Avtovağzalın perronlarına daxil olmaq üçün mütləq xaotik ticarət mərkəzindən keçmək lazımdır. Ona görə sərnişinlər perronlara maşın yolu ilə gedirlər. Təsəvvür edin ki, Bakı Aeroportunun giriçində ucün çin malları satılır.

 

Təkliflər:
  • Metro stansiyasının ətrafında normal və nizamlı avtobus terminalı olmalıdır, məsələn bunun kimi
  • Şəhərətrafı avtobus xəttlərinin terminallarını ayırmaq lazımdır, lakin eyni zamanda bu iki terminal yaxında yerləşməlidirlər.
  • Ərazidə normal, insan layəgətinə hörmət edən piyada infrastrukturu olmalıdır. Avtobus terminalıdan avtovağzal binasına rahat piyada yolu olmalıdır.
  • Normal və nizamlı taksi dayanacağı olmalıdır
  • Avtovağzalın girişində xotik parkinq ləğv edilməli və bir qədər kənara keçirləçəlidir, əvəzində binanın qarşısında ictimai zona və nizamlı taksi dayancağı təşkil edilməlidir.

 

Yeri gəlmişkən burada nə baş verir? Nə tikirlər, nə qazırlar?

Cavab:
Burada Nəqliyyatın Mübadilə Mərkəzi tikilir

Əslində bu ərazi metro stansiyasından aralıdır və səmərəli nəqliyyat mübadiləsini təmin edə bilməyəcək. Avtobus terminalının indiki yeri daha rahatdır, orada sadəcə daha yaxşı şərait və normal piyada infrastrukturunu yaratmaqla daha səmərəli sərnişin daşımaya nail olmaq olardı.

Yazı ilə bağlı rəy bildirin:
Huseyn Abdullayev

Recent Posts

Sürətlə yenilənən Bakı — COP29 şəhəri necə dəyişəcək?

Bu gün Bakıda heç vaxt görmədiyimiz miqyasda urbanistik islahatlar baş verir. Velozolaqlar salınır, küçələr piyadalaşdırılır,…

4 ay ago

Yeni zolaqlar, yeni cərimələr – velosiped yolları üçün planlar nədir?

Bakıda velosiped zolaqlarını təşkil etməyə davam edirlər. Bu zolaqlar hara qədər uzanacaq, hansı küçələri əhatə…

5 ay ago

Yaşıllıq və ağaclarla dolu tarixi şəhər – Sofiyada gəzinti

Zəngin tarixə malik Bolqarıstan paytaxtı Sofiya şəhərini gəzdim. Baxmayaraq ki, rəsmi rəqəmlərə görə Avropa Birliyinin…

5 ay ago

Cavanşir körpüsü söküldü – bu ərazi necə dəyişəcək?

Cavanşir körpüsü tarixə qovuşdu. Bəs bu ərazidə hansı yeni layihə daha uyğun olar? Bu haqda…

6 ay ago

Velosiped zolaqları var, amma səki yoxdur – Qusarda bir gün

Azərbaycanın şimal qapısı Qusar rayonu coğrafi olaraq Avropada yerləşir. Maraqlıdır ki, burada velosiped zolaqlarının salınmasın…

6 ay ago

Boz maqistraldan insan yönümlü küçəyə – “8 noyabr” necə dəyişəcək?

8 noyabr prospektində hazırda aktiv yenidənqurma işləri aparılır. Deyilənə görə, bura maqistral tipli prospektdən daha…

7 ay ago

This website uses cookies.