Absurd qərarlar ictimai nəqliyyata zərər vurur

Bura Hüseyn Cavid prospektinin və Haqverdiyev küçəsinin kəsişməsidir. Şəhərin bir çox yerində olduğu kimi burada sol döngə qadağandır, yəni Haqverdiyev küçəsi ilə sola yəni Mətbuat prospekti tərəfə getmək istəyənlər sağa dönür, daha bir yol ayrıcını keçir və İnşaatçılar propektinin yaxınlığında geridə dönmə edir və matbuat prospekti istiqamətində gedir. Şəxsi minik avtomobilləri üçün bu normal hal ola bilər, lakin ictimai nəqliyyat üçün yol verilməz bir haldır.
Məsələn 18 nömrəli avtobus əvvəllər bu yol ayrıcını belə keçirdi.

İndi isə hansısa yanlış və zərər qərara görə bu yolu belə keçməli olur.

Geriyə dönmə yeri də çox maraqlıdır: 12 metrlik avtobus qoşa xətt üzərdə təşkil olunmuş geriyədönmə yerindən inanılmaz manevr edir.

Qeyd edim ki, bu əməliyyatı etmək üçün avtobus 800 metr artıq yürüş edir və ən azından bir dəfə svetoforda dayanır. Gün ərzində 18 nömrəli avtobuslar yüzlərcə kilometr heç kimin xeyrinə olmayan artıq yürüş edir.

Bu qərar marşrut istismarı xərclərinu süni şəkildə artırır, sərnişinlərin səfərini uzadır, artıq yanacaq yandırmaqla ekologiyaya zərər verir.
İctimai nəqliyyata əsl prioritet verilən şəhərlərdə bəzi kəsişmələrdə son döngə qadağan olsa da avtobuslar üçün istisnalar edilir, əslində Bakıda da belə olub.

 

Yazı ilə bağlı rəy bildirin:
Huseyn Abdullayev

Recent Posts

Möhtəşəm tarix, əzəmətli binalar və zəif nəqliyyat – Gəncədə bir gün

Gəncə - ərazisinə görə Azərbaycanın ikinci şəhəridir. Bir müddət ölkənin paytaxtı da olub. Gəncədə çoxlu…

2 həftə ago

Bakıya oxşar şəhər bizi necə qabaqladı? Bratislavada gəzinti

Keçmişdə tipik sosialistik bir şəhər olan Bratislava bu gün sürətlə Avropanın müasir urbanistik həllərini tətbiq…

4 həftə ago

Qarabağ şəhərlərini bu cür bərpa edək? Vyananın yeni rayonları

Vyanada olarklən, bu şəhərin yeni yaşayış massivləri haqqında da vloq hazırladım. Əsas məqsəd - buranı…

1 ay ago

Urbanistik islahatlar başladı: Mərkəzi küçələr necə dəyişəcək?

İlin əvvəlində Bakıda başlayan urbanistik islahatlar davam edir. Əvvəl velosiped yolları, daha sonra tarixi mərkəzi…

1 ay ago

Bakını belə etmək istəyirlər – Vyana şəhərində gəzinti

🇦🇹 Vyana müxtəlif reytinqlərdə ardıcıl olaraq dünyanən ən yaşamalı şəhəri adlandırılmışdır. Elə Bakının da baş…

1 ay ago

Gözəl və insan yönümlü şəhər necə olur? Praqada bir gün

Əgər insan yönümlü şəhərlərdən danışırıqsa, bu şəhərdən vloq mütləq olmalı idi. Çexiyanın paytaxtı Praqada dünyanın…

2 ay ago

This website uses cookies.