Prinsip 3: Şəhərin yol şəbəkəsinin və ondan istifadənin optimallaşdırılması

Dünyanın əksər şəhərləri nəqliyyat sıxlığı problemi ilə qarşılaşıblar. Bəs bu halda nə etməli? İntuitiv olaraq  ağıla gələn birinci həll yolu daha çox yol tikintisidir. Amma yol tikintisi heç də hər zaman müsbət effekt vermir.  Bu gün Dayanıqlı Şəhər Nəqliyyatının 3-cü prinsipindən danışaq: Şəhərin yol şəbəkəsinin və ondan istifadənin optimallaşdırılması.

 

Bir az elmə müraciət edək. Şəhər nəqliyyatı haqqında müasir elmi araşdırmalar (məs. Lyüis-Moqric postulatı) göstərir ki, yeni yaranmış yol infrastrukturu qısa müddətli yaxşılaşma effektini verir. Artan nəqliyyat axını tezliklə yeni infrastrukturunu əvvəlki səviyyədə yükləyir. Əksər hallarda yeni yol infrastrukturunun tikintisi tıxacı bir yerdən digər yerə köçürdür.

 

İqtisadiyyatda bu fenomenə  İndussiv Tələb (Induced Demand) deyilir. Bu fenomenin nəqliyyatda tətbiqini Britaniya alimləri 1960-cı illərdə qeydə almışlar. Yeni və ya genişləndirilmiş yol infrastrukturu daha çox nəqliyyat axını yaradır və insanları avtomobil istifadəsinə həvəsləndirir. Avtomobil sürmək daha rahat olursa şəhərin böyüməsi baş verir və şəhər mərkəzindən  xeyli uzaq olan evlər daha əlçatan olur. Daha əvvəlki yazılarda isə şəhərin genişlənməsi heç arzu olunan proses olmamasını  müəyyən etdik.

 

Maraqlısı odur ki, yol infrastrukturunun ləğv edilməsi nəqliyyat axınının azalmasına də gətirə bilər, yəni tələbin azalmasına gətirib çıxarır.  Buna görə küçə və yol şəbəkəsinin daraltması, ictimai nəqliyyata verilmiş zolaqların yaradılmamı şəhərdə tıxac problemini həll edir.
Avtomobil yolunun bir xüsusiyyəti var: yola çox maşın çıxırsa nəqliyyat axının sürəti qeyri proporsional düşür. Yəni hərəkət iştirakçılarının sayı artdıqca yolun səmərəliyi kəskin düşür. Bunu aşağıdaki şəkillə izah etmək daha rahatdır:
Beləliklə tıxac problemini yol tikintisi ilə həll etmək yanğını benzinlə söndürmək cəhdinə bənzəyir. Buna görə daha dayanıqlı nəqliyyat növlərini inkişaf etmək lazımdır.
Yazı ilə bağlı rəy bildirin:
Huseyn Abdullayev

Recent Posts

Möhtəşəm tarix, əzəmətli binalar və zəif nəqliyyat – Gəncədə bir gün

Gəncə - ərazisinə görə Azərbaycanın ikinci şəhəridir. Bir müddət ölkənin paytaxtı da olub. Gəncədə çoxlu…

2 həftə ago

Bakıya oxşar şəhər bizi necə qabaqladı? Bratislavada gəzinti

Keçmişdə tipik sosialistik bir şəhər olan Bratislava bu gün sürətlə Avropanın müasir urbanistik həllərini tətbiq…

4 həftə ago

Qarabağ şəhərlərini bu cür bərpa edək? Vyananın yeni rayonları

Vyanada olarklən, bu şəhərin yeni yaşayış massivləri haqqında da vloq hazırladım. Əsas məqsəd - buranı…

1 ay ago

Urbanistik islahatlar başladı: Mərkəzi küçələr necə dəyişəcək?

İlin əvvəlində Bakıda başlayan urbanistik islahatlar davam edir. Əvvəl velosiped yolları, daha sonra tarixi mərkəzi…

1 ay ago

Bakını belə etmək istəyirlər – Vyana şəhərində gəzinti

🇦🇹 Vyana müxtəlif reytinqlərdə ardıcıl olaraq dünyanən ən yaşamalı şəhəri adlandırılmışdır. Elə Bakının da baş…

2 ay ago

Gözəl və insan yönümlü şəhər necə olur? Praqada bir gün

Əgər insan yönümlü şəhərlərdən danışırıqsa, bu şəhərdən vloq mütləq olmalı idi. Çexiyanın paytaxtı Praqada dünyanın…

2 ay ago

This website uses cookies.