Prinsip 3: Şəhərin yol şəbəkəsinin və ondan istifadənin optimallaşdırılması
Dünyanın əksər şəhərləri nəqliyyat sıxlığı problemi ilə qarşılaşıblar. Bəs bu halda nə etməli? İntuitiv olaraq ağıla gələn birinci həll yolu daha çox yol tikintisidir. Amma yol tikintisi heç də hər zaman müsbət effekt vermir. Bu gün Dayanıqlı Şəhər Nəqliyyatının 3-cü prinsipindən danışaq: Şəhərin yol şəbəkəsinin və ondan istifadənin optimallaşdırılması.
Bir az elmə müraciət edək. Şəhər nəqliyyatı haqqında müasir elmi araşdırmalar (məs. Lyüis-Moqric postulatı) göstərir ki, yeni yaranmış yol infrastrukturu qısa müddətli yaxşılaşma effektini verir. Artan nəqliyyat axını tezliklə yeni infrastrukturunu əvvəlki səviyyədə yükləyir. Əksər hallarda yeni yol infrastrukturunun tikintisi tıxacı bir yerdən digər yerə köçürdür.
İqtisadiyyatda bu fenomenə İndussiv Tələb (Induced Demand) deyilir. Bu fenomenin nəqliyyatda tətbiqini Britaniya alimləri 1960-cı illərdə qeydə almışlar. Yeni və ya genişləndirilmiş yol infrastrukturu daha çox nəqliyyat axını yaradır və insanları avtomobil istifadəsinə həvəsləndirir. Avtomobil sürmək daha rahat olursa şəhərin böyüməsi baş verir və şəhər mərkəzindən xeyli uzaq olan evlər daha əlçatan olur. Daha əvvəlki yazılarda isə şəhərin genişlənməsi heç arzu olunan proses olmamasını müəyyən etdik.
Maraqlısı odur ki, yol infrastrukturunun ləğv edilməsi nəqliyyat axınının azalmasına də gətirə bilər, yəni tələbin azalmasına gətirib çıxarır. Buna görə küçə və yol şəbəkəsinin daraltması, ictimai nəqliyyata verilmiş zolaqların yaradılmamı şəhərdə tıxac problemini həll edir.
Avtomobil yolunun bir xüsusiyyəti var: yola çox maşın çıxırsa nəqliyyat axının sürəti qeyri proporsional düşür. Yəni hərəkət iştirakçılarının sayı artdıqca yolun səmərəliyi kəskin düşür. Bunu aşağıdaki şəkillə izah etmək daha rahatdır:
Beləliklə tıxac problemini yol tikintisi ilə həll etmək yanğını benzinlə söndürmək cəhdinə bənzəyir. Buna görə daha dayanıqlı nəqliyyat növlərini inkişaf etmək lazımdır.